BVF Böyük Britaniyanın ilin sonuna artım proqnozunu yüksəldib
Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Beynəlxalq Valyuta Fondu (BVF), Böyük Britaniya iqtisadiyyatı üzrə bu ilki iqtisadi artım proqnozunu 1,1%-dən 1,2%-ə yüksəldiyini açıqlayıb.
Banco.az xəbər verir ki, BVF-ə görə, qlobal ticarət gərginlikləri səbəbilə davam edən qeyri-müəyyənliklər və Böyük Britaniyanın ticarət tərəfdaşlarında iqtisadi fəaliyyətin zəifləməsi ölkənin iqtisadi artım səviyyəsində 2026-cı ilə qədər 0,3%-lik azalma təsiri yaradacaq. İngiltərə iqtisadiyyatının 2026-cı ildə isə 1,4% artacağı proqnozlaşdırılır.
Bununla belə, gözləniləndən daha sərt maliyyə şərtləri və əhali arasında artan ehtiyatlı qənaət meyli, özəl istehlakın bərpasını əngəlləyə və iqtisadi canlanmanı yavaşlada bilər.
Davam edən qlobal ticarət qeyri-müəyyənlikləri isə qlobal iqtisadi fəaliyyəti zəiflədir, təchizat zəncirlərini pozur və özəl investisiyalara mənfi təsir göstərir, bu da Böyük Britaniyanın iqtisadi artımı üzərində əlavə təzyiq yaradır.
Son aylarda inflyasiyada müşahidə edilən artım tendensiyasının bu ilin ikinci yarısına qədər davam edəcəyi gözlənilir. Lakin əsas inflyasiya təzyiqlərinin azalmağa davam etməsi ilə, inflyasiyanın 2026-cı ilin sonuna doğru hədəflənən 2% səviyyəsinə enəcəyi proqnozlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 27 May 2025 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















