BVF dən xəbərdarlıq: Britaniya iqtisadiyyatı tariflərin təsirinə düşür
Icma.az bildirir, Azertag portalına istinadən.
London, 23 aprel, AZƏRTAC
Beynəlxalq Valyuta Fondu (BVF) Birləşmiş Krallığın iqtisadi artım proqnozunu aşağı salıb.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, qurum 2025-ci ildə ölkə iqtisadiyyatında 0,5 faiz, 2026-cı ildə isə 0,1 faiz azalma gözlədiyini açıqlayıb.
BVF bu zəifləməni ABŞ Prezidenti Donald Trampın ticarət müharibəsinin təsiri, yüksək inflyasiya və artan enerji xərcləri ilə əlaqələndirib. Proqnozlara görə, 2026-cı ildə Böyük Britaniya iqtisadiyyatı cəmi 1,1 faiz, 2027-ci ildə isə 1,4 faiz artacaq ki, bu da əvvəlki gözləntilərdən aşağıdır və digər Avropa ölkələri ilə müqayisədə daha zəif göstəricidir.
Böyük Britaniyanın maliyyə naziri Reçel Rivz ABŞ-ın maliyyə naziri Skott Bessentlə görüşərək ticarət tariflərini müzakirə edəcək və mənfi iqtisadi təsirləri azaltmaq üçün razılıq əldə etməyə çalışacaq.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London


