Icma.az
close
up
RU
Bzim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir

Bzim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Beynəlxalq münasibətlər siyasi münasibətlər əsasında formalaşır. Siyasi münasibətlər qarşılıqlı ehtiramdır, inamdır, iqtisadi əlaqələrdir. Dövlət müstəqilliyi bərpa olunmuş Azərbaycanla dünyanın əksər dövlətlərinin ikitərəfli, çoxtərəfli əlaqələri vardır və bu əlaqələr müxtəlif müstəvilərdə genişlənməkdədir. Qarşılıqlı əlaqələr qarşılıqlı rəsmi səfərlərlə daha da inkişaf etdirilir. Belə dövlətlərdən biri də İtaliya Respublikasıdır.
İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciocia Meloninin mayın 4-də Azərbaycana səfəri iki dövlət arasında münasibətlərin genişləndirilməsi baxımından dəyərləndirilməlidir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatında bu görüşün həm siyasi, həm də iqtisadi əhəmiyyətini vurğulayaraq Azərbaycanla İtaliyanın strateji tərəfdaş olduğunu, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalandığını bildirərək dedi: “Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərin məzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür. Bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir...”.
Tərəfdaşlıq geniş anlayışdır. İtaliya ilə Azərbaycan arasında tərəfdaşlıq da geniş sahələri əhatə edir. Bu baxımdan dövlət başçımız İtaliya ilə Azərbaycan arasında ticarət əlaqələrinin yaxşı olduğunu, keçən il ticarət dövriyəmizin 12 milyard dolları haqladığını, tərəfdaşlığın əsas istiqamətlərindən birinin energetika sahəsini əhatələdiyini, Azərbaycanın İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdə olduğunu da bildirərək dedi ki, ““Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir”.
Son illərdə dünya miqyasında baş verən hadisələr müxtəlif regionlarda sülhə təhdidlər, ədalətsiz müharibələr, anlaşılmazlığın böyüyüb müharibəyə çevrilməsi və s. bütün dövlətləri düşündürür. Heç bir dövlət belə hadisələrdən sığortalanmayıb. Bu səbəbdən hər dövlət özünün təhlükəsizliyinin təmin olunması üçün gərəkli, zəruri tədbirlər görür. Belə tədbirlərdən biri də hərbi-texniki əməkdaşlıqdır. Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciocia Meloninin Azərbaycan səfərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatında iki dövlət arasında hərbi-texniki əməkdaşlığın ümidverici olduğunu da bildurərək qeyd etdi ki, birgə layihələr həyata keçiriləcək, İtaliya bazarına Azərbaycanın marağı olduğu üçün İtaliya texnologiyaları ilə Azərbaycanın maliyyə vəsaitinin birləşdirilməsi haqqında konkret ideyalar vardır: “İtaliya iqtisadiyyatı xanım Baş nazirin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur; - Əlbəttə ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var”.
İtaliya ilə Azərbaycan arasında təhsil sahəsində də əməkdaşlığın genişləndiyini vurğulayan dövlət başçımız dedi: “Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar...”...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciocia Meloninin Azərbaycana səfərində qətiyyətlə dediyi kimi, “...bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir”...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 May 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri