Cabir Əmirli: Bu matçın məsuliyyətini bütün futbolçular dərk edir
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Uzun müddət qələbə qazana bilmirdik və Uğursuzluğa son vermək istəyirdik. Şükürlər olsun ki, buna nail olduq. Sumqayıt səfərində həm baxımlı oyun sərgilədik, həm də qalib gəldik". Bu sözləri Sport24.az-a açıqlamasında "Səbail"in futbolçusu Cabir Əmirli deyib.
28 yaşlı cinah müdafiəçisi "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIX tur oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Kollektiv fasilə dönəmində yaxşı hazırlıq prosesi keçib. Təəssüfki, dekabrın sonunda əməliyyat olduğum üçün komandama kömək edə bilmirəm. Amma yanlarında olaraq mənəvi dəstəyimi əsirgəmirəm. "Sumqayıt"la matçdakı 3 xal bizim üçün çox vacib idi".
Əmirli bu gün doğma meydanda "Kəpəz"ə qarşı keçirəcəkləri XX turun qarşılaşması haqqında da danışıb:
"İndi komandamızı qarşıda daha bir çətin sınaq gözləyir. "Kəpəz"lə oyun həm bizim, həm də onlar üçün vacib görüşdür. İnşallah, bu oyunda da uğurlu nəticə qazanıb azarkeşlərimizi sevindirərik. Bu matçın məsuliyyətini bütün futbolçular dərk edir. Bunun üçün də tam gücümüzlə hazırlaşmışıq".
Qeyd edək ki, bu gün "ASCO Arena"da baş tutacaq "Səbail" - "Kəpəz" oyunu saat 16:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 25 Yanvar 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















