Icma.az
close
up
RU
Çad hakimiyyəti Fransadan qoşunları 31 yanvaradək çıxarmağı tələb edib

Çad hakimiyyəti Fransadan qoşunları 31 yanvaradək çıxarmağı tələb edib

Çad hakimiyyəti Fransadan qoşunlarını 31 yanvaradək ölkədən çıxarmağı tələb edir.

Oxu.Az bu barədə RFI radiosunun 20 dekabr tarixli məlumatına əsasən xəbər verir.

Radio müsahibinin sözlərinə görə, Paris Çaddan tələbi dekabrın 19-da, cümə axşamı alıb. Yüksəkrütbəli fransız hərbçinin qeyd etdiyi kimi, bunu cəmi yeddi həftə ərzində yerinə yetirmək praktiki olaraq mümkün deyil. Vəziyyətlə bağlı danışıqlar davam edir.

"Biz hər iki tərəfi qane edəcək həll yolu tapmağa çalışırıq", - Çad hökumətinə yaxın mənbə bildirib.

Fransız mənbələrinin bildirdiyinə görə, texnikanın çıxarılması artıq aparılır və Çad hakimiyyəti fevralın sonunda Ramazan ayının başlanmasına qədər ölkənin fransız qoşunlarından tam azad olunmasını özləri üçün ideal ssenari hesab edir.

seeBaxış sayı:51
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri