Icma.az
close
up
RU
Çadda prezident iqamətgahına hücum olub VİDEO

Çadda prezident iqamətgahına hücum olub VİDEO

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Al Arabiya” telekanalının yaydığı məlumata görə, “Boko Haram” terror qruplaşmasının yaraqlılarının Çadın paytaxtı Ndjamenada prezident sarayının yaxınlığında hücumu nəticəsində ölənlər və yaralananlar var. Həmin vaxt Çadın lideri Mahamat İdriss Debi prezident sarayında olub. Tezliklə Çadın İnfrastruktur naziri Əziz Mahamat Saleh ölkədə vəziyyətin nəzarət altında olduğunu bildirib.
“Çadın təhlükəsizlik qüvvələri prezident sarayının ərazisinə tam nəzarət edir”, - ölkənin təhlükəsizlik xidmətindəki mənbə nəşrə təsdiqləyib.
Çad hökuməti prezident sarayına hücum zamanı bir nəfərin öldüyünü, 18 silahlının isə öldürüldüyünü açıqlayıb.
2002-ci ildə Nigeriyada yaradılan “Boko Haram” terrorçu qruplaşmasının bu ölkədə İslam dövləti qurmaq məqsədi daşıyır. Qruplaşmanın “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəsi var. Mövcud olduğu ilk illərdə hücumları əsasən Nigeriyada həyata keçirən “Boko Haram” sonradan öz terrorçu fəaliyyətini Kameruna, Nigerə və Çada da yaymağa başladı. Bölgədəki böyük terror hücumlarına, o cümlədən məktəblərə və xilasedicilərə edilən hücumlara görə məsuliyyət daşıyır.
Son illər Çadda hökm sürən qeyri-sabit siyasi vəziyyət “Boko Haram” qruplaşmasının bu ölkədə qol-qanad açmasına əlverişli zəmin yaradıb. 2021-ci ildən ölkə üsyançılarla döyüşdə həlak olan prezident İdris Debinin oğlu Mahamat İdris Debinin hakimiyyətə gəlməsi ilə başlayan keçid dövrünü yaşayır. Keçən ilin may ayında Çadda keçirilən prezident seçkilərində Mahamat İdriss Debi 61% səslə qalib gəlib. İkinci yeri müxalif “Transformers” partiyasının lideri Susses Masra (18,54%) tutub. Dekabrın 29-da isə ölkədə son 13 ildə ilk parlament seçkiləri, eləcə də yerli seçkilər keçirilib.
Bu seçkilərin keçid dövrünün başa çatması istiqamətində bir addım olacağı gözlənilirdi. Lakin seçkilərin saxtalaşdırıldığını iddia edən müxalifət parlamnet seçkilərinin nəticələrini boykot etməyə çağırıb. Bu seçkilərin ilkin nəticələrinin yanvarın 15-dək açıqlanacağı gözlənilir.

Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Yanvar 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri