Çadda silahlı hücum zamanı 23 hərbçi ölüb
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Boko Haram" qruplaşmasının yaraqlıları Çadda hərbi bazaya hücum ediblər.
Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ordunun çərşənbə axşamı verdiyi bəyanatda bildirilib.
Məlumata görə, hücum nəticəsində azı 23 təhlükəsizlik xidməti əməkdaşı ölüb, 26 nəfər isə yaralanıb.
"Ordu bazar ertəsi axşam saatlarında Çad gölü bölgəsində baş verən hücumu dəf edib və hazırda ərazinin təmizlənməsi üzrə əməliyyatlar aparılır", - məlumatda qeyd olunub.
Çad Prezidenti Mahamat İdris Debi "Facebook" sosial şəbəkəsindəki bəyanatında silahlıların hücumunu pisləyib.
Xatırladaq ki, 2009-cu ildən bəri "Boko Haram" yaraqlıları öz nüfuzunu Nigeriyanın şimal-şərqindən Çadın qərbinə qədər genişləndirib və orada hərbi obyektlərə hücumlar intensivləşib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 05 May 2026 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















