Çadırda yaşayan qəzzalılar soyuq hava və fırtına ilə mübarizə aparır
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrailin Qəzza zolağına prioritet yardım və sığınacaq təchizatını qəsdən gecikdirməsi səbəbindən bölgə əhalisinin sağ qalması getdikcə çətinləşir.
Turkustan.az xəbər verir ki, Qəzza hökuməti də bəyan edib ki, ərazidə təcili olaraq karvanlara və çadırlara ehtiyac var, lakin İsrail atəşkəs razılaşmasına əsasən humanitar protokolun icrasını qəsdən gecikdirir.
İsrailin 15 aydan çox davam edən hücumları nəticəsində evləri dağıdılan və alternativ sığınacaq tapa bilməyən minlərlə fələstinli, yeganə sığınacaqları olan bu çadırlarda sağ qalmağa çalışır.
Qəzza zolağının cənubundakı dəniz sahilində gecə saatlarında şiddətli fırtına nəticəsində parçalanan və böyük hissəsi uçub sovrulan çadırının qalıqlarını toplayan Əbu Camal Xəlifə AA-ya İsrailin 7 oktyabr 2023-cü ildə başlayan hücumları səbəbiylə bu insanların düz 10 dəfə öz yerlərindən didərgin düşdüklərini söyləyib.
Gecə saatlarında çadır hava təzyiqinə tab gətirə bilmədiyi üçün cırılaraq uçub. Bu çadırda sığınan 3 ailə şiddətli soyuq və yağışda açıq havada qalıb.
Xəlifə beynəlxalq təşkilatları Qəzza zolağına prioritet yardım və sığınacaq materiallarının çatdırılması üçün təcili olaraq lazımi addımlar atmağa çağırıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 08 Fevral 2025 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















