Icma.az
close
up
RU
Cadu həqiqətən insan taleyini dəyişirmi?

Cadu həqiqətən insan taleyini dəyişirmi?

Icma.az bildirir, News24 portalına istinadən.

“Falçılıq, cadugərlik, sehrbazlıq, ovsunçuluq, kahinlik dinimizdə qadağandır və məşğul olmaq böyük günahlardan sayılır. Çünki belə şeylər elmdən dindən, uzaqlaşdırır, xurafata aparır və cəmiyyətin sosial nizamını pozur, şarlatanların meydana çıxmasına rəvac verir.

İmanlı olmaq, fiziki - mənəvi təmizlik, mütəmadi dua etmək, ibadətlə məşğul olmaq lazımdır ki, belə şarlatanların mənfi enerji ötürməsindən qorunasan”

Bunu Moderator.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

İlahiyyatçının sözlərinə görə, falçılıq və cadugərlik qədim tarixə malikdir:

“Qədim Misirdə və Babilistanda, uzaq Şərqdə kahinlər, şamanlar vardı ki, müxtəlif üsullarla kəhanət işləri ilə məşğul olurdular. Sonralar bu bir az da inkişaf edərək hökmdarların saraylarına qədər irəliləmişdi. Misir Fironları kahinlər saxlayır, digərləri münəccimlər yetişdirirdilər ki, idarəetmədə onların məsləhət və öncəgörmələrindən istifadə etsinlər. Quran Musa Peyğəmbər zamanında Misirdə sehrbazların fəaliyyətdə olduğunu sübut edir.  İslam dini bərpa olduqdan sonra sehr qadağan edildi. Lakin o coğrafiyada ərəblər, yəhudilər, süryanilər arasında kəhanətlə məşğul olanlar vardı. Hətta Həzrət Peyğəmbərin həyat yoldaşı Xədicə xanımın əmisi oğlu Varaqa bin Nofəl Həzrət Muhəmmədin peyğəmbər olacağını əvvəlcədən xəbər verirdi. Bunlar İslam tarixində öz əksini tapıb. Lakin bunlara baxmayaraq İslam dini fala baxmağı, gələcəkdən xəbər verməyi, eyni zamanda sehri, cadunu qəti qadağan etdi və bu işlərlə məşğul olanlara ağır cəza kəsdi.

Hədis mənbəsinin birində qeyd olunur ki, Peyğəmbər zamanında Mədinədə bir uşaq qeybdən xəbər verirdi. Ürəkləri oxuyurdu. Peyğəmbər onu yanına çağırıb ürəyində nə düşündüyün soruşdu. Uşaq "dux-duxx..." deyə kəkələdi. Peyğəmbər, həqiqətən də ürəyində "duxan" sözünü tutduğunu dedi. (Duxan, ərəbcə "duman" deməkdir.) Uşaq tam deyə bilməsə də nisbətən Peyğəmbərin nə düşündüyünü bilmişdi. Fəqət Həzrət Muhəmməd Peyğəmbər ona bu cür işləri mənfi yöndə istifadə etməsini yasaqladı və şüytandan Allaha pənah aparmasını tövsiyyə etdi. Çünki şeytan əvvəlcə belə ecazları bəzi adamlara öyrədir, sonra da ətrafına kütlə toplayıb mənfi işlərə yönəldir. Əgər şeytanın varlığını qəbul ediriksə gərək onun fəaliyyətini də qəbul edək”.

İlahiyyatçı vurğulayıb ki, gələcəkdən xəbər verməkdə xüsusi istedadı olan insanlar var. Bunların hamısını falçı hesab etmək də olmaz. Məşhur münəccim Mişel Nostradamus da çoxsaylı məlumatlar verib. O, bunu elmi ehtimallar və astronomiya elminə əsasən, hesablamalar vasitəsi ilə edirdi. Eyni zamanda Vanqanın gözləri kor olsa da gələcəkdən dəqiq xəbərlər verirdi. 

O isə elmi hesablamalarla deyil, xüsusi istedadı ilə bunu bacarırdı:

“İslam aləmində qədim alimlərdən Muhyiddin ibn Ərəbi bu kimi qeyb elmləri üzrə mütəxəssis olaraq yazır ki, qeyb iki növdür. Birincisi "mütləq qeyb"dir ki, onu yalnız Allah bilir. Məsələn, Qiyamətin haçan qopması, kimin Cənnətə yaxud Cəhənnəmə gedəcəyi kimi. Bir də "nisbi qeyb" var ki, onu həm Allah bilir, həm də seçilmiş bəzi insanlar ya istedadı ilə ya da elmi hesablamalar vasitəsilə bilməsi mümkündür. Tutaq ki, ağır xəstənin nə qədər yaşamasını tibb elmi üzrə mütəxəssis olan şəxsin bilməsi kimi. Zədəli binanın neçə bal zəlzələdə uça biləcəyini əvvəldən bilmək, hava haqqında məlumatlar kimi. Bu həm də insan taleləri ilə də bağlı ola bilər. Müasir psixologiya elmi və başqa bir çox elm sahələri üzrə mütəxəssis olan şəxslər insanların xasiyyət və xarakterlərinə görə müəyyən proqnozları verə bilirlər, talelərinin hansı formada inkişaf yaxud tənəzzül yolu keçəcəyini ehtimal edə bilərlər. 

Falçılar isə yalançıdır. Müxtəlif variantların hamısını psixoloji təsir vasitəsi ilə ifadə edirlər. Yaxud üz cizgiləri, insanın əhvalına görə bəzi məlumatları elə onların özündən qoparırlar. Yaxud müxtəlif fal üsulları ilə ehtimallar üzərindən bəzi sözlər deyirlər. Təbii ki, dedikləri əlli sözün təvafüq nəticəsində yarısı sonradan təsdiqini tapsa insanlarda psixoloji yöndən təsirədüşmə hissi yaranır. Ancaq deyilən sözlərdən baş tutmayanların yox, baş tutanların üzərində fokslanırlar və belə çıxır ki, guya falçılar nəsə bilir. Böyük - böyük falçılar var. Niyə biri Qarabağın haçan, hansı tarixdə azad ediləcəyini deyə bilməmişdi? Yoxsa onlar yalnız xırda məsələləri "bilə bilirlər?"

Cadu isə mənfi enerjinin yönləndirilməsidir. Müxtəlif üsullar və vasitələrin köməyi ilə mənfi aura, enerji formalaşdırıb, qarşıdakı insanın da zəif yönünü öyrənib ona sarı yönəldirlər. Mənbələrə görə Həzrət Muhəmməd Peyğəmbərə də bir qadın tərəfindən xurma qabığı ilə cadu edilərək su quyusuna atılmışdı. Həzrətin əhvalına təsir etmişdi. Vəhy nazil olaraq həm cadunun yeri həm də batil edilməsi yolları ona göstərildi. Hətta Qurandakı "Fələq və Nas" surələrini cadu, sehr əleyhinə istifadə etməyin keçərli olması barədə dini mətnlərdə kifayət qədər məlumatlar var”.

T.İrfan sözünə davam edərək qeyd edib ki, islamda qadağan olduğu üçün, cəzası da ağır olduğundan müsəlmanlar arasında güclü cadugərlər azdır:

“Lakin digər din mənsubları arasında bu daha da inkişaf edib. Bu gün Avropada və digər ölkələrdə lisenziyalı falçılar, cadugərlər fəaliyyət göstərir. Əski İranda da bu sahə məşhur olub. Hətta Ələmut qalasında yerləşən Həşşaşilərin lideri Həsən Səbbahın da müsəlmanlara qarşı törətdiyi terror hadisələrində fədailərin yetişdirilməsində narkotiklə yanaşı, cadu, tilsim, sehr, hipnoz kimi vasitələrdən istifadə etdiyi də deyilir. İbn Sinanın "Tibb qanunu" kitabında müalicə üçün bəzi tilsim və ovsunlardan da bəhs olunur. İnanclarla bağlı da müəyyən məsələlər var. Uşaqda çöp qalmaya bizdə inanılır deyə yalnız bizim ölkədə bu baş verir. Başqa xalqlar arasında rast gəlməmişəm.

Cadugərliklə məşğul olmaq olmaz. Fal da haramdır. Cadugərlik şeytanla, şər qüvvə ilə əlaqədar olduğu üçün İslamdan uzaq adamlar bu sahədə daha peşəkar olurlar. Çünki İslam müəyyən mənada insanı Allaha yaxınlaşdırır, imanını sabitləşdirib nikbin edir, şeytandan uzaqlaşdırır. Şeytan - şər qüvvə, mənfi enerji, pislik, bədbin öldürücü auradır eyni zamanda. Cadugərlər təbiətdə formalaşan yaxud müəyyən çirkli vasitələrlə süni şəkildə özləri meydana gətirdikləri mənfi enerjiləri bir insanın üzərinə yönəltməyi müxtəlif təcrübə və bilgilər vasitəsi ilə öyrənmiş şəxslərdir. Ona görə də müəyyən işlərdə təsir edə bilirlər. Tutaq ki, qurd yağından istifadə edilir. Bu, pis qoxu verən, mənfi enerji ötürən bir maddədir. Bir yerə sürtürlər, pis qoxu, bəzən də adamın özünün hiss etmədiyi mənfi enerji yayılır və psixoloji, ruhi gərginlik yaradır, həssas insanların hisslərini oyadır və ola bilsin dava-dalaş düşür, ailə dağılır və sair. Necə ki, xoş bir ətir yayıldıqda müsbət aura yaranır, sevgi, ülfət hissləri yaranır. Eləcə də pis qoxulu, mənfi enerji saçan maddələr də nifrət, qəzəb, aqressiya yaradır. Yoxsa başqa cür cadugərliklə insanlara təsir etmək mümkün deyil”.

“Gələcəkdən xəbər vermək isə müəyyən elmi ehtimallar və hesablamalar vasitəsilə mümkün olsa da belə, İslam bunu da qadağan edir. Hətta İdris və Danial peyğəmbər zamanında inananların öz taleyini bildikləri qeyd olunur. Məlumata görə adamlar bu bilgilərdən sui-istifadə etdiyinə görə Allah onu əllərindən aldı. Tutaq ki, tövbə qapısının ölənə qədər açıq olduğunu bilən bir adam 80 yaşında öləcəyini də əvvəlcədən bilirdi və 79 yaşına qədər pozğun işlərlə məşğul olub düşünürdü ki, ölümümə bir neçə ay qalmış tövbə edib ibadətə başlaram. Beləcə bu bilgi qaldırıldı”,- deyə ilahiyyatçı bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 İyun 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see385

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see362

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see282

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see275

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see247

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see245

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see232

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see221

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see215

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see205

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see203

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see201

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see197

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see194

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see188

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see176

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see175

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see171

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see170

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri