Icma.az
close
up
RU
Cadu varmı və din bu haqda nə deyir? ŞƏRH

Cadu varmı və din bu haqda nə deyir? ŞƏRH

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cadu və sehirbazlıq mövzusu illərdir ki, insanlar tərəfindən müzakirə olunur.

İnsanlar cadunun varlığı və təsirləri  barədə ciddi maraqlanırlar.

Görəsən, İslam dini bu mövzuya necə yanaşır?

Gununsesi.info-ya danışan dinşunas Tural İrfan mövzunu belə şərh edib:

“İslam dinində cadunun mövcudluğu təsdiq olunur. Əsas mənbə sayılan Qurani Kərimdə cadu və sehirbazlar haqqında ətraflı məlumatlar var. Hətta Musa Peyğəmbərin Misirdə Fironla mübarizəsi zamanı Fironun sarayında olan sehirbazlarla Musa Peyğəmbərin mübarizəsindən söhbət açılır. Cadu və sehir kimi əməllər mənfi, şeytani əməl kimi qadağan olunur, amma bu onların mövcudluğunu təkzib etmir. Bəzən cəmiyyətdə belə fikir formalaşır ki, qadağan edildiyi üçün cadunun mövcudluğunu da inkar etmək lazımdır, lakin bu məntiqi düzgün deyil: bir şeyin varlığı başqa, onunla məşğul olmaq isə başqa mövzudur.

Bütün səmavi dinlərdə cadu və sehirin mövcudluğu təsdiqlənir. Sadəcə olaraq onunla məşğul olmaq qadağan edilir. Qurana görə, Musa Peyğəmbərin Fironla mübarizəsində sehirbazların müxtəlif təsir vasitələri ilə insanlara təsir etməsi, lakin Musa Peyğəmbərin möcüzəsi nəticəsində sehirlərin təsirsiz hala gətirilməsi qeyd olunur. Tarix boyu hətta hökmranlar belə sehirbazlardan, kahinlərdən və gələcəkdən xəbər verənlərdən istifadə ediblər”.

Tural İrfan qeyd edib ki, müasir dövrdə bu sahələr astrologiya, parapsixologiya və digər terminlərlə araşdırılır, qərb ölkələrində hətta institutlar mövcuddur:

“Ruh çağırma, spirtizm, cadu və sehir kimi fenomenlər müxtəlif adlarla mövcuddur: ağ və qara magiya və s. Elmi cəhətdən bu fenomenlərin təsdiqi tam deyil, lakin onların təsiri mövcuddur. Müxtəlif mənfi enerjilərin yönləndirilməsi və insanların həyatına təsir etməsi mümkündür. Din bunu şeytan əməli kimi xarakterizə edir və cadu-sehir işləri ilə məşğul olan şəxslərin şər qüvvələrlə rabitəyə girdiyi vurğulanır. Bu vasitələrlə insanların sosial həyatı, məişəti, ailəsi və psixologiyasına təsir göstərmək mümkündür. Elmi izahda isə bu, mənfi enerjinin yönləndirilməsi və psixoloji təsir kimi qiymətləndirilir.

Hər halda, cadu və sehir kimi işlərlə məşğul olmaq haramdır. Bundan qorunma yolları isə dini mətnlərdə göstərilib: Quran oxumaq, dua etmək, təmiz olmaq və imanlı olmaq insanın bu təsirlərə yol verməməsinə yardım edir. Mənbələrdə hətta Peyğəmbərin belə cadudan təsirləndiyi rəvayətlər mövcuddur və bu hadisələr onun insan olduğunu və vəhy vasitəsilə çıxış yollarını insanlara göstərmək üçün nümunədir. Quranın Fələq və Nas surələri də məhz bu səbəblə nazil olub, cadu və sehirdən qorunmaq üçün oxunur. Beləliklə, cadu və sehir kimi şər şeytan əməlləri haramdır və onlardan qorunmaq üçün dini vasitələrdən istifadə vacibdir: dualar, ibadət, Quran oxumaq, namaz qılmaq, mənəvi və fiziki təmizliyi qorumaq və Allaha bağlılığı gücləndirmək”.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Noyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri