Icma.az
close
up
RU
Çağdaş ədəbi prosesin yorulmaz araşdırıcısı

Çağdaş ədəbi prosesin yorulmaz araşdırıcısı

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Filologiya elmləri doktoru, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli dünən – 78 yaşı tamam olan gün redaksiyamızın qonağı oldu. Həyat və fəaliyyəti, elmi yaradıcılığı, eləcə də müasir ədəbi proses barədə suallarımızı cavablandırdı, özəl fikirlərini bizimlə bölüşdü.

Onunla müsahibəni oxuculara təqdim etməzdən öncə, qeyd edək ki, Vaqif müəllim universitetin filologiya fakültəsini bitirdikdən sonra 3 il Masallıda dil-ədəbiyyat müəllimi işləyib. Sonra aspirantura həyatı, davamlı çalışmalar dövrü olub. Ədəbiyyatımızın, ədəbi tənqidimizin canlı klassiklərindən öyrənib, görüb-götürüb. 2011-ci ildə “Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. Məqalələri Azərbaycanın hüdudlarından kənarda – Türkiyə, Almaniya və İranda çap olunub. Rəsul Rza və Məmməd Araz ədəbi mükafatları laureatıdır.

Vaqif Yusiflinin yarım əsrdən çox zəhmətinin bəhrəsi olan 30 kitabı, yüzlərlə məqaləsi ərsəyə gəlib. “Azərbaycan qəzəli”, “Poeziya və zaman”, “Rəsul Rza və müasir Azərbaycan poeziyası”, “Sındır qəfəsi”, “Məmməd Araz dünyası”(yenilənmiş nəşri ilə bərabər), “Yaxşı ki, varsan”, “Bu nə sehrdir belə”, “Karvanbaşı, yolun hayanadır”, “Qanadlandıq uçmağa”, “Sumqayıtda ədəbi həyat”, “Qarabağ şeirimizdə, nəsrimizdə” kimi kitablarını oxuduqca hər kəs istər-istəməz o söz karvanına qoşulub gedir. Ədəbi aləmin dərinliklərinə baş vurur. Elə söhbətimiz də bu və digər ədəbi mətləblər barədə oldu.

– Vaqif müəllim, 78 yaşınız mübarəkdir! Uzun və məhsuldar həyat yolunuz var. İstirahətə meyilli müdriklik yaşında belə, “silah”ı tətikdə saxlayır, ədəbi prosesi, poeziya və nəsri gündəlik izləyir, sanballı məqalələr yazır, çıxışlar edirsiniz. Haqlı olaraq sizi “qələminin fəhləsi” olan alim kimi dəyərləndirirlər. Sizin doğulub böyüdüyünüz Masallı rayonunun Ərkivan kəndindəki məşhur “Şah Səfi” bulağının suyu kimi tükənməz həvəsiniz, ədəbi proseslərə davamlı can yanğınız haradan qaynaqlanır?

– Bu, mənim yaşayış adətim, həyat tərzimdir. Lap uşaqlıqdan belə öyrəşmişəm. Bir gün nəsə oxumasam, yazmasam, özümü işsiz sayıram. Müəllimlərim, ustadlarım məni belə öyrədiblər. Bu, mənim içimdə, ruhumda bünövrədən kök salıb və elementləri heç bir zaman rişəsini itirməyib. Ədəbiyyatsız yaşaya bilmirəm. Baxın, indi gözlərim zəifləyib, amma mən mütaliədən, yazmaq vərdişimdən ayrıla bilmirəm. Dahi Nizamidən bu günün ən gənc şairinə qədər əsərlərini mütaliə edirəm. Bəlkə də başqa bir peşənin sahibi olsaydım, indiyə qalmazdım. Məni ədəbiyyat yaşadır.

– Sizinlə çoxsaylı ədəbi tədbirlərdə, görüşlərdə olmuşuq. Hamısında da çıxışlarınız, necə deyərlər, qənimət xarakteri daşıyıb, xüsusilə də klassiklərimiz haqqında danışdıqlarınız. Hər söhbətiniz o qədər də dərindən bilmədiyimiz filoloji mətləblərə işıq salıb. Füzuli şeirinin elə qatlarına nüfuz etmisiniz ki, əzbərdən elə qəzəllərini deyib açmasını vermisiz ki, heyran qalmışıq. Eləcə də digər şairləri məxsusi tərzdə təqdim edirsiniz. Yeri gəlmişkən, bu gün sosial şəbəkədə oğlunuz Vidadi şair Səməd Mənsurun sizin ifanızda lentə alınmış “Rəngdir” şeirini paylaşıb. Böyük maraqla bir daha dinlədik.

– Bu, həm də estetik zövq məsələsidir. Bir də gərək təmsilçisi olduğun sahəyə hərtərəfli bələd olasan. Qoy, məndən inciməsinlər, bəzi həmkarlarım var ki, yalnız tədqiq etdikləri məhdud dairədə biliklərini artırırlar. Məncə, ədəbiyyatı öyrənməkdə çərçivə olmamalıdır.

– Əlbəttə, qeyri-adi çalışqanlığınız, yorulmazlığınız da mühüm şərtlərdəndir. Fəaliyyət dairəniz çoxşaxəlidir. Buna görə də kitab, məqalə, esse, resenziyalarınız yetkinliyi, bitkinliyi ilə seçilir. Vaqif müəllim, bu gün ədəbiyyatın cəmiyyət tərəfindən az oxunması nə ilə bağlıdır?

– Zamanın təsiri ilə, dolanacaq şərtləri ilə, bir də bununla bağlı maarifləndirmənin səngiməsi ilə. Mən tez-tez ölkəmizin Cənub bölgəsinin rayonlarına gedirəm. Təsəvvür edin ki, nə kitab almağa bir mağaza tapılır, nə də qəzet almağa bir köşk. Bunu da, yumşaq desək, bəhanə kimi qabartmaq olar. Amma bir məsələ də var ki, oxuyan, yazan hardan olsa, o ədəbiyyatı tapacaq, oxuyub öyrənəcək, yəni bekar qalmayacaq.

– Vaqif müəllim, bir çox gənc şairlərin bədii nümunələrində bir giley-güzar, ağlaşma, sızlaşma duyulur. İctimai mövzulara az müraciət olunur. Bu nə ilə bağlıdır?

– Bu haqda geniş danışmaq olar. Bəli, həmin şairlərin və nasirlərin yazılarında ictimai aləmdən gəlməyən, yalnız fərdi duyğuları ifadə edən ah-uflar, sızıltılar, hıçqırıqlar geniş yer tutur. Məsələn, “Ayrılıq mənim dar ağacımdır” tipli deyimlər çoxdur. Heç hələ evlənməmiş, ailə qurmamış gənc şairlər həyatdan gileylənirlər. Təbii ki, oxuduqlarından təsirlənib yazırlar. Bax, bu təsir dairəsi bir zəncir kimi, sanki, hamını əhatə edir. Onlarca şair adı çəkə bilərəm ki, üslubları fərqli olsa da, mövzuları eynidir: həyatdan kam almamaq. Ay balam, sən bir həyata daxil ol, həyatla üzbəüz dayan, mübarizələr içindən keç, ondan sonra bu sızıltılara yer ver. Ağlaşma qurmaq vəzifə borcun deyil ki...

– Zəfər mövzusu da ictimai mövzudur...

– Elədir. İndi şəhidlərdən yazmaq, 44 günlük Zəfər yürüşünü, böyük Qələbəni vəsf etmək ənənə halını alıb. Təbiidir. Amma bu yazılanların, nə qədər təsirli, səmimi olsa da, doğrudanmı, bir zaman böyük ədəbiyyata dəxli olacaq? Yox, olmayacaq. Müəyyən bir qismi yaşarı olacaq, əksəriyyəti isə yalnız ədəbiyyat tarixinin arxivlərində qala bilər. Ədəbi əsər gərək elə yazıla ki, Nüsrət Kəsəmənlinin sevgi şeirləri kimi, Xəlil Rza Ulutürkün, Məmməd Arazın ictimai motivli əsərləri kimi, Zəlimxan Yaqubun xalq ruhuna yaxın ovqatda yazdıqları kimi yaşaya. Bundan ötrü isə qələmə alınanlar, əsl mənada, bədii-estetik meyarlara uyğun gələn şeiriyyət olmalıdır, nəzm yığını yox.

– Bu gün poeziyamızda poema çatışmazlığı var. Bunun səbəbi nədir?

– Doğrudur, poema janrına əvvəlki illərə nisbətən çox az təsadüf edilir. Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Qabilin, Əliağa Kürçaylının gözəl poemaları olub. İndi o səviyyədə yazılmır. Doğrudur, az sayda sanballı poemalar da var. Məsələn, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli 40-dan artıq poemanın müəllifidir. İçində elələri var ki, xüsusilə də yurd həsrətindən bəhs edənləri, gözəldir. Yaxud mən Ramiz Qusarçaylının “Vətən” poemasını “Azərbaycan” jurnalında oxuyandan sonra “İsti-isti” rubrikası ilə yazdığım məqalədə bu əsəri “Poetik vətənnamə” adlandırmışam. Bu əsəri nəinki müəllifin, ümumilikdə ədəbiyyatımızın nailiyyəti hesab edirəm. Ancaq bir güllə bahar olmur, axı. Yüksək səviyyəli poemalara ehtiyac var...

P.S: Bəli, ömrünün müdriklik çağını yaşayan görkəmli filoloq Vaqif Yusifli gəncliyindən üzü bəri konyunktura uymayan, qərəzdən uzaq olan, təbiiliyi və xeyirxahlığı ilə seçilənlərdəndir. Zəhmətkeş alim klassiklərdən də, az tanınan müəlliflərdən də eyni səmimiyyət və məsuliyyətlə yazır. Onun başlıca mövzusu sədaqətlə xidmət etdiyi Azərbaycan ədəbiyyatının uğurları və qayğıları, dövrümüzün ümumi elmi-ədəbi mənzərəsi ilə bağlıdır. Elmiliklə publisistikanın vəhdətdə olduğu əsərlərində bu iki amil bir-birini layiqincə tamamlayır.

100 yaşayasınız, Vaqif müəllim!

Ə.NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Aprel 2026 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri