Çağdaş qəzetçilik necə olmalıdır? Rəşad Məcid
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizə - ömrünü qəzetçiliyə həsr etmiş insanlara nə qədər ağır olsa da, etiraf etməliyik ki, kağız qəzet artıq tarixə çevrilir.
Həm də bu, təkcə qəzet köşklərinin lotereya və elektron siqaretlər satılan məkana çevrilməsinin ağrısı deyil. İndiki dövrdə oxumaq təəssüf ki, dəbdən düşüb. Bu gün sosial media fenomenləri - blogerlər, influenserlər, yutuberlər daha çox baxış sayı əldə edirlər.
Bununla belə, ciddi, alternativ fikirlər, xəbərlərə fərqli rakurslardan yanaşmalar eşitmək və düşünmək istəyən insanlar üçün gündəmin obyektiv, əhatəli və peşəkar şərhi yenə də aktualdır.
Son vaxtlar türkiyəli jurnalist Cüneyit Özdəmirin Yutub kanalında, demək olar, hər gün hazırladığı, gündəmin müzakirəsinə həsr edilən verilişlərini mütəmadi izləyirəm. Türkiyənin və dünyanın gündəmində baş verən heç bir hadisə gözdən qaçmır. Ən aktual mövzular müxtəlif sahələr üzrə peşəkarlaşmış daimi və qonaq ekspertlərin şərhi ilə müzakirəyə çıxarılır, izləyicilərə düşünmək imkanı verilir.
Şəxsən mən peşəkar qəzetçinin apardığı bu verilişi elə çağdaş qəzet adlandırardım.
Bu gün bizim sosial media məkanında belə səviyyəli komanda ilə gündəmin hərtərəfli müzakirəsi nümunəsi, təəssüf ki, yoxdur. Hələlik təkcə Şərif Ağayarın “Bakupost”da apardığı apardığı "Yazıçı postu"nda bunun müəyyən işartıları görünür və düşünürəm ki, inkişaf etdirilərsə, dolğun və əhatəli bir layihəyə çevrilə bilər.
Klassik qəzetçi dostları ruhdan düşməməyə, dövrün gətirdiyi yeniliklərə çevik reaksiya verməyə çağırıram.
Sonda yenə peşəkarlar üstünlük qazanacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 06 Sentyabr 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















