Çağlaya qəbiristanlıqda evlilik təklifi etdim Emre Altuğ (FOTO)
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tanınmış müğənni, aktyor Emre Altuğ keçmiş həyat yoldaşı Çağla Şikelə qəbiristanlıqda evlilik təklif etdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, o, bu barədə jurnalistlərə müsahibəsində deyib.
Altuğ bildirib ki, şou aləmində münasibətləri qorumaq heç də asan deyil:
"Amma biz dözümlü çıxdıq. Üç ildən sonra ona evlilik təklifi etdim. Çağlanın atasının ölümünün ildönümündə və ya ad günündə onun məzarını ziyarət etməyə getdik. Çağlanın atası sağ ikən zarafatla ona "Səni atandan istəyəcəm" deyirdim. Qismət belə imiş. Məzarlıqda Çağlaya "Səni atandan istəyəcəyimi demişdim" dedim və üzüyü ona verdim. Düşündüm ki, burada o özünü daha yaxşı hiss edəcək. Və burada evlilik təklifi etdim".
Emre Altuğ və Çağla Şikel uzun münasibətdən sonra 2008-ci ildə evləniblər. Cütlüyün bu evlilikdən Uzay və Kuzey adlı iki oğlu var. Onlar 2015-ci ildə boşanıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 12 May 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















