Cahangir Fərəcullayev: APL Fantasy liqamıza marağı artıracaq
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
Premyer Liqas üçün hazırlanan “APL Fantasy” tətbiqinin təqdimatı keçirilib.
Sportal.az xəbər verir ki, “Radisson” otelində təşkil olunan mərasimdə çıxış edən AFFA-nın baş katibi Cahangir Fərəcullayev layihənin Azərbaycan futbolunda azarkeş auditoriyasının genişlənməsinə xidmət edəcəyini bildirib.
O, yeni tətbiqin uzun müddətdir futbolsevərlər tərəfindən gözlənildiyini vurğulayaraq, bunun Premyer Liqaya əlavə maraq qazandıracağını deyib:
“Bu layihə çempionatımızı daha cəlbedici edəcək. Dünyanın müxtəlif ölkələrində “fantasy” oyunlarına maraq kifayət qədər böyükdür. Məsələn, İngiltərə Premyer Liqasının fantasy platforması milyonlarla istifadəçini özündə birləşdirir. Azərbaycandan da həmin tətbiqdə 15 mindən çox qeydiyyat var. İnanırıq ki, “APL Fantasy” də azarkeşlər tərəfindən böyük maraqla qarşılanacaq. Əsas məqsədimiz futbola yeni azarkeşlər qazandırmaqdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 31 İyul 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















