Cahid Mikayılov: Bakı Enerji Həftəsi qurulan əməkdaşlıqların əyani təzahürüdür
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bu gün ölkəmiz "yaşıl enerji" dəhlizləri yaratmaqla Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək yeni enerji yollarının inşasına qərarlıdır".
Oxu.Az xəbər verir ki, bunu Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, üç böyük tədbiri bir araya gətirən Bakı Enerji Həftəsi özünü energetika sahəsində nailiyyətlərin nümayişi üçün nüfuzlu bir platforma kimi təsdiqləyib:
"Bu beynəlxalq tədbir Azərbaycanın enerji sektorunda atdığı uğurlu addımların, imzalanan müqavilələrin və qurulan əməkdaşlıqların əyani təzahürüdür. Eyni zamanda, bu platforma gələcək üçün yeni ideyaların irəli sürüldüyü, yeni layihələrin əsasının qoyulduğu, tərəfdaşlıqların qurulduğu və müqavilələrin imzalandığı mühüm bir məkandır".
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 29 May 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















