Icma.az
close
up
RU
Cahid Şahbazovun əməliyyatından sonra görməsində problem yarandığını iddia etdi

Cahid Şahbazovun əməliyyatından sonra görməsində problem yarandığını iddia etdi

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskvada yaşayan, sosial şəbəkələrdə “dr_julietta“ adı ilə tanınan kosmetoloq Bakıda keçirdiyi keratopiqmentasiya əməliyyatından sonra görmə ilə bağlı problemlər yaşadığını iddia edib.

Axşam.az 1news.az-a istinadən xəbər verir ki, qadın təxminən iki il əvvəl Bakıda oftalmoloq Cahid Şahbazov tərəfindən göz rənginin dəyişdirilməsi əməliyyatı keçirib. İlkin mərhələdə əməliyyatın uğurlu olduğunu düşünən kosmetoloq zaman keçdikcə, xüsusilə də doğuşdan sonra görməsində ciddi dəyişikliklər yarandığını bildirib.

“Mən kataraktası olan insan kimi görürəm. Dünən uzunmüddətli müayinədən keçdim, çünki görməyimin pisləşdiyini hiss etdim. Həkim bildirdi ki, formal olaraq görmə qabiliyyətim 100 faizdir. Amma məni qaranlıqda və yan işıqda görmə narahat edir. Boyaya görə bütün rənglər solğun görünür, uzaqdakı hər şey bulanıqdır. Gözlərimdə də sanki çıxarmaq istədiyim bir pərdə hissi var” deyə, kosmetoloq bildirib.

O, piqmenti sildirmək və gözlərinin təbii qəhvəyi rənginə qayıtmaq qərarına gəlib. Hazırda bunun üçün Rusiyada mütəxəssislərə müraciət etməyə hazırlaşır.

Məsələ ilə bağlı Cahid Şahbazaovla əlaqə saxlanılıb. Həkimin köməkçisi pasiyentin iddialarını təkzib edib və onun açıqlamalarının sosial şəbəkədə gündəm yaratmaq məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, bu, Cahid Şahbazaovun fəaliyyəti ətrafında ilk qalmaqal deyil. Bundan başqa, oftalmoloqun fəaliyyəti ilə bağlı digər pasiyentlərin də şikayətləri yayımlanıb. Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən həkim barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işi də başlanıb. Maddə səhlənkarlıq nəticəsində ehtiyatsızlıqdan mühüm zərər və ya digər ağır nəticələrə səbəb olmanı nəzərdə tutur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://axsam.az
archiveBu xəbər 05 Sentyabr 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri