Icma.az
close
up
RU
Çaldıran tarixin ibrət dərsidir! Yaqub Mahmudov ÇAĞIRIŞ ETDİ

Çaldıran tarixin ibrət dərsidir! Yaqub Mahmudov ÇAĞIRIŞ ETDİ

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Min təəssüflər ki, yenə də qardaş Türkiyədə anti-Səfəvi fikirləri səslənir, türkün böyük sərkərdəsi Əmir Teymur aşağılanır...
Nə qədər ağır olsa da, bu ürək üzən, can göynədən fikirlər siyasi dairələrə də yol açıb: necə deyərlər qaş düzəltdiyimiz yerdə göz çıxarırıq!
Heç zaman unutmağa haqqımız yoxdur ki, Çubuqdərədə də, Çaldıranda da, uzunsürən Ağqoyunlu-Osmanlı və Səfəvi-Osmanlı müharibələrinin hamısında tökülən qanlar qardaş qanı idi, qan qardaşları bir-birini qırırdılar. Tarixin bu acı həqiqətləri Türk dünyası üçün olduqca ağır ibrət dərsləridir...
Unutmayaq ki, Böyük coğrafi kəşflər zamanı Yer kürəsini, o cümlədən zəngin Şərq ölkələrini öz aralarında bölüşdürməyə çalışan Avropa ölkələri məqsədlərinə yetmək üçün böyük türk imperatorluqlarını bir-birinin əli ilə vururdular. Həm Səfəvi, həm də Osmanlı sarayında fəaliyyət göstərən Qərb diplomatları eyni işi görürdülər: durmadan şirin vədlərlə iki böyük türk imperatorluğunu bir-biri ilə müharibə vəziyyətində saxlayırdılar. Bununla həm Avropanı Osmanlı fəthlərindən qoruyur, həm də Şərqdə öz mövqelərini möhkəmləndirirdilər...
Real tarixi həqiqət budur ki, Çaldıran döyüşü Türk-İslam dünyasının tarixi faciəsi, Qərb diplomatiyasının strateji qələbəsi idi. Bu döyüş türkün ümumi düşmənlərinin qələbəsi idi. Bizim üçün isə hər iki tərəfdən qardaş qırğını idi!
Türkiyəmizdəki tarixçi dostlarıma səslənməyi özümə borc bilirəm: gəlin, böyük Azərbaycan-türk Səfəvi imperatorluğuna bir daha “İran dövləti” deməyək!
Gəlin, yeniyetmə ikən şah taxtına oturan, böyük bir imperiya quran və öz doğma türk dilini həmin imperiyanın dövlət dilinə çevirən, hələ XVI yüzilliyin başlarında ümumtürk poeziyasının nadir incilərini yaradan Şah İsmayıl Xətaini İrana “bağışlamayaq”, “İranın şiə şairi” adlandırmayaq!
Gəlin, dünya tarixinin dahi sərkərdəsi Əmir Teymuru aşağılamayaq!
Gəlin, çökmüş Səfəvi imperiyasını yadellilərin əlindən alıb dirçəldən və daha böyük Əfşar-türk imperiyası yaradan, Hindistan fatehi Nadir şahla qürur duyaq!
Gəlin, Türk-İslam dünyasının dahi şəxsiyyətlərini təhqiramiz surətdə aşağılayıb İskəndərləri, Böyük Karlları, Napoleonları, Böyük Pyotrları o ki, var mədh edənlərə bir ağızdan cavab verək: Bizim də Atillamız, Əmir Teymurumuz, İldırım Bəyazidimiz, Fatih Sultan Mehmetimiz, Uzun Həsənimiz, Şah İsmayılımız, Yavuz Sultan Səlimimiz, Sultan Süleymanımız, Şah Abbasımız, Atatürkümüz, Heydər Əliyevimiz var!
Gəlin, Avrasiyanın hər bir guşəsində, var olduğumuz hər yerdə ümumi dəyərlərimiz ətrafında sıx-sıx birləşək, ümumi dəyərlərimizi bölüşdürməyək! Bir-birimizə daha möhkəm sarmaşaq! Bunu bacarsaq, gələcəyinə böyük ümidlər bəslədiyimiz Türk Birliyi (Türk Dövlətləri Təşkilatı) yaşadığımız həssas dönəmdən Zəfərlə çıxacaq! Və qüdrətli Türkiyə Cümhuriyyəti Avropa Birliyinin qapıları ağzında bu birliyə daxil olmaq üçün onillərlə gözləməli olmayacaq!
Yaqub Mahmudov,
akademik
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 May 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri