Icma.az
close
up
RU
Camalovlar ailəsinin 55 min dolları və 156 qızılı oğurlanıb

Camalovlar ailəsinin 55 min dolları və 156 qızılı oğurlanıb

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“BTB Bank”da müştərilərin depozit otağındakı saxlanc yeşikləri – seyflərdən 800 min manatlıq oğlurluqda ittiham olunan iki nəfər Belarus vətəndaşı, 1976-cı il təvəllüdlü Babayev Aleksey Ramizoviç və 1990-cı il təvəllüdlü Qrinkeviç Sergey Oleqoviçin Bakıda məhkəmə prosesi keçirilib.

Axar.az Gununsesi.info-ya istinadla xəbər verir ki, onlar bankdan pul və qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilirlər.

Banklarda müştərilər əmanət saxlamaqla yanaşı, icarə əsasında saxlanc yeşiyi götürüb, orada qızıl-zinət əşyalarını, sənədlərini və s. saxlaya bilirlər. Təqsirləndirilən şəxslər də oradakı qiymətli əşyaları oğurlamaqda ittiham olunur.

Təqsirləndirilən şəxslərdən Sergey hadisədən bir müddət əvvəl Bakıya gəlib, oteldə qalıb. Gedib bankda seyf icarəyə götürüb.

O bildirib ki, bu oğurluğu sifarişlə icra edib.

Bunu həyata keçirmək üçün ona xüsusi alətlər də veriblər. Əvvəllər Minskdə azərbaycanlılarla restoran biznesi ilə məşğul olduğunu deyən Sergey Qrinkeviçin sözlərinə görə, ona bu oğurluğu German adlı şəxs sifariş verib.

Bakıya öz hesabına gəlsə də, sonrakı xərclərini də o ödəyib. Cinayətin hansı bankda törədiləcəyini, onun harada yerləşdiyini və s. məsələləri də Bakıda olarkən öyrənib: “Heç açdığım seyflərin də kimə məxsus olduğunu bilmirdim, təsadüfən açırdım. Həmin seyfləri açan alətlər vermişdilər. İcarəyə seyf götürmüşdüm deyə, rahat girə bilirdim o yerə. Bir də gördüyüm işlərin videosunu çəkmək tapşırılmışdı”.

Sergey Qrinkeviç vurduqları ziyanın məbləğinin ittihamda göstərilən qədər çox olmadığını da qeyd edib. Bu cinayət işində 5 nəfər zərərçəkmiş var: Nurlan Kazımlı, Fuad Lütvəliyev, Zibeydə Qurbanova, Reyhan Hacıyeva və Tuqay Rəhimli. Zərərçəkmişlərdən bəzilərinin bankdakı seyflərinə müdaxilə edilib açılsa da, heç nə götürülməyib, onlara ziyan dəyməyib. Onlar şikayətçi olmayıb.

Zərərçəkmişlər arasında maddi baxımdan ən çox ziyan görən Zibeydə Qurbanovadır. O göstərib ki, bankdakı seyfdə 55 min dollar pul və 156 ədəd qızıl-zinət əşyası olub. Həmin əşyalar özünə və övladlarına məxsus olub.

Zərərçəkmişin sözlərinə görə, ona ümumilikdə 500 min manata yaxın ziyan dəyib.

Araşdırma zamanı məlum olub ki, Zibeydə Qurbanova Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəis müavini Namiq Camalovun anasıdır.

O, bundan əvvəl Cəlilabad və Sabirabad rayonlarının polis rəisi olub. 2023-cü ilin mayında İnterpola rəis müavini təyin edilib. Zibeydə Qurbanovanın digər oğlu Natiq Camalov isə Qaradağ rayonu, 38-ci polis bölməsinin rəisidir. O, əvvəl Səbail rayonu, 9-cu polis bölməsinin rəisi olub.

Onlar keçmiş müdafiə sənayesi naziri, 2018-ci ildə vəfat etmiş Yavər Camalovun qardaşı Əlihüseyn Camalovun övladlarıdır. Əlihüseyn Camalov vaxtilə “Azəriqaz”a rəhbərlik edib, daha sonra Milli Aerokosmik Agentliyin direktor müavini olub.

Qeyd edək ki, “Bank BTB”nin səhmləri Prezident Administrasiyasının keçmiş rəhbəri, Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri