Icma.az
close
up
RU
“Canımızı sıfır xaldan qurtarmağa çalışacağıq” “Ayaks”ın baş məşqçisi

“Canımızı sıfır xaldan qurtarmağa çalışacağıq” “Ayaks”ın baş məşqçisi

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ayaks” UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunda sabah Bakıda “Qarabağ”ın qonağı olacaq.

“Qafqazinfo” xəbər verir ki, Amsterdam təmsilçisinin baş məşqçisi Fred Qrim matçdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Klubdakılar bizə çox böyük dəstək verirlər. Bu da ümidvericidir. Bizim də öhdəliklərimiz var. Bakıya yaxşı səhayət oldu. Amma ucuz başa gəlmədi. Şadıq ki, azarkeşlərimiz bura gəliblər.

- “Qarabağ” haqda fikriniz necədir?

- Onların oyunlarına baxmışam. “Qarabağ” çox yaxşı komandadır, məğlubiyyətləri azdır. Rəqibin sürətli hücumları var. Oyunçuları texniki cəhətdən yaxşıdırlar. Bizim üçün çox ciddi oyundur.

- Sizin üçün uzun səyahət oldu. Futbolçuların vəziyyəti necədir?

-  Futbolçular üçün ciddi oyundur. Yol yorğunluğu var. Amma futbolçularıma inanıram. Komanda olaraq enerjimiz kifayət qədərdir. Onlar hamısı aktiv şəkildə oynamaq istəyirlər. Oyunçularım sabahkı matçı səbirsizliklə gözləyirlər.

- Vut Veqhorst sabahkı matçda iştirak etməyəcək. Bu haqda nə düşünürsüz?

- Biz Vut haqda dəfələrlə danışmışıq. Zədəsi çox ciddidir. Qış fasiləsindən öncə belə olması üzücüdür. Amma indi biz Kasper Dolberq haqda düşünürük. O da çox oynayıb. 

- Kimin oynaya biləcəyi ilə bağlı fikriniz qətiləşib?

- Heç bir problem yoxdur. Bütün oyunçuları kfayət qədər nəzərə almışıq. Müəyyən işlər görürük. Hər futbolçunun neçə dəqiqə oynaya biləcəyi haqda danışırıq. “Ayaks”ın inkişafını düşünürük.

- Sabahkı matçdan gözləntiniz nədir?

- Bizim xalımız yoxdur. Amma çox istəyərdik ki, sabah “Qarabağ”la görüşdə xal qazanaq.

- “Ayaks”ın xalı yoxdur, Bakıya 6 əsas oyunçunuz gəlməyib. Demək olar ki, daha çox Erediviziyanı düşünürsüz?

- “Ayaks” oyunlara sadəcə qalib gəlmək üçün çıxır. Fərqi yoxdur, hansı oyuna çıxırıq. 7 xalı olan komandaya qarşı oynamaq kifayət qədər ciddiyyət tələb edir. Sabah əlimizdən gələni edəcəyik. Daha sonra çempionat oyunlarına baxacağıq.

- “Qarabağ”ın sizinlə müqayisədə hansı üstünlüyü var?

- “Qarabağ”ın bir neçə oyununu izləmişik, təhlil etmişik. Onlar bu mövsüm çox balanslı, böyümüş komandadır. Çox güclü oynayırlar. Kifayət qədər çox kəsərli hücumları var. Buna qarşı planlarımız var. Sabah elə oyun olacaq ki, qalib gələ də, uduza da bilərik. Sabah görəcəyik.

- “Qarabağ”da xüsusi olaraq hansı futbolçunu dəyərləndirərdiz?

- Ad deməməyim daha yaxşı olardı. Onların müdafiə xətti çox yaxşıdır. Kifayət qədər bloklar edirlər. Orta sahə oyunçuları da yaxşıdır, çox ağıllı və sürətlidirlər. Ad çəkmək istəməzdim. 

- “Qarabağ”la matç sizi qorxutmurki?

- Xeyr, qorxmuruq. Baxmayaraq ki, xalımız yoxdur. Canımızı sıfır xaldan qurtarmağa çalışacağıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see137

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see136

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri