Icma.az
close
up
RU
Canını Vətənə fəda edən qəhrəman

Canını Vətənə fəda edən qəhrəman

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

48 yaşına çatan zəfər şəhidi Elmar

Lənkəran şəhərində boya-başa çatan Elmar Hikmət oğlu İbayev həyatının mənasını Vətəninə, xalqına təmənnasız xidmətdə görürdü. Elə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini də bu məqsədlə bitirmişdi. Canına yağı dadanmış yurdumuzun taleyi Elmarı çox düşündürürdü. Heç cür nankor erməni dığaların hərəkətlərinə dözə bilmirdi. Odur ki, əbədi, əzəli yurd yerimiz olan Qarabağ torpaqlarını düşmən tapdağından təmizləməyi doğma Azərbaycanına ən müqəddəs xidmət sayır. Bu istəklə də orduya yazılır, baş leytenant rütbəsində cəbhə bölgəsində hərbi xidmətə başlayır.

Vətənini canından əziz tutan Elmar ona layiqli övlad olmaqdan ötrü ilk gündən nümunəvi xidməti ilə seçilir. Üzərinə düşən vəzifələri yüksək keyfiyyətlə yerinə yetirir. Təlimlər zamanı heç bir çətinlik Elmarı qorxutmur, həmişə qaliblər sırasında olur. Mərd, cəsur, ağıllı bir Vətən keşikçisi kimi hərəkət edir, həm də həmişə öyrənməyə can atır. Baş leytenant tabeliyində olan əsgər və gənc zabitlərə tələbkar yanaşmaqla bərabər, onlara böyük qardaş münasibəti göstərir. Qarşısında duran ən vacib məsələ isə erməni qəsbkarlarının əsarətdə saxladığı müqəddəs Qarabağ torpaqlarının hər qarışı uğrunda döyüşə hazırlığı olur...

Sinəsində Vətənə məhəbbət, düşmənə nifrət hissi aşıb-daşdığı bir vaxtda- sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlanır. Baş leytenant qələbə günümüzü düşünməklə, eləcə düşmənlə mübarizədə özündə tükənməz qüvvə görməklə qanlı-qadalı savaşa ürəklə yollanır. Və ilk ciddi sınaqdan yağının anasını ağlar qoymaqla alnıaçıq çıxır. Bu hünəri onunla çiyin-çiyin vuruşan yoldaşlarını heyran qoyur.

Vətən torpağı azad olunduqca Elmarın qəlbində dığalara qarşı nifrəti daha da alovlanır. 12 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən ağır müharibə meydanında baş leytenantın yüksək döyüş məharəti xüsusi ilə özünü göstərir. Endirdiyi sarsıdıcı zərbələrin nəticəsində düşmən bütün silah-sursatını atıb qaçmağa üz qoyur. Təəssüf ki, Elmar da Vətən uğrunda gedən ölüm-dirim savaşında 42 yaşında qəhrəmancasına şəhid olur.

Adı zəfər tariximizə düşən, bütöv Azərbaycanımıza şöhrət olan Lənkəran elinin igid oğlu Elmar İbayev ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə dövlət tərəfindən ölümündən sonra “İgidliyə görə”, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilir.

Şəhidlik ən müqəddəs bir ucalıqdır. Bu səadət hər kəsə nəsib olmur. O zirvədən gələcəyə boylamaq yalnız Elmar kimi qəlbində Vətən sevgisi olanların işidir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Yanvar 2026 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri