“Canlı Barbi”nin meyiti ekshumasiya olundu
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Sosial mediada “Canlı Barbi” kimi tanınan braziliyalı influenser Barbara Yankavskinin cəsədi təkrar ekspertiza aparılması üçün ekshumasiya olunub.
“Qafqazinfo” “People” nəşrinə xəbər verir ki, məhkəmə bu barədə qərarı ailəsi Barbaranın ölümünün zorakı xarakter daşıya biləcəyi barədə bəyanatlar səsləndirdikdən sonra qəbul edib.
Məlumata görə, Yankavskinin cəsədi yarılması üçün San-Pauluda dəfn olunduğu yerdən çıxarılıb.
31 yaşlı influenserin qohumları iddia edir ki, onun bədənində boğulma əlamətləri olub. Onlar bədbəxt hadisə versiyasının səhv ola biləcəyini iddia edirlər.
Qohumlar hadisə yerində olan digər şəxslərin yoxlanılmamasından, telefonların ekspertiza üçün götürülməməsindən, həmçinin dərhal DNT analizinin keçirilməməsindən narazıdırlar.
Xatırladaq ki, Barbara Yankavski ötən il noyabrın 2-də San Pauloda, 51 yaşlı dövlət müdafiəçisi Renato Kampos Pintu de Vittunun evində ölü tapılıb. Polis əvvəlcə ölüm səbəbinin kokain istifadəsindən yaranan ürək tutması olduğu qənaətinə gəlib. Lakin sonradan qətl versiya üzrə araşdırmalara başlanılıb. Baş verənlərdən sonra Renato Kampos Pintu de Vittu posttravmatik stres pozğunluğunu əsas gətirərək tibbi məzuniyyət götürüb.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 07 Fevral 2026 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















