Icma.az
close
up
RU
Canlı insan kifayət eləmir, mütləq meyitdən yardım alınmalıdır... Araşdırma

Canlı insan kifayət eləmir, mütləq meyitdən yardım alınmalıdır... Araşdırma

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkəmizdə ilk dəfə orqan transplantasiyası 1971-ci ildə akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə həyata keçirilib. Bu əməliyyatla Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülüb. Sovet hakimiyyətinin dağılması ərəfəsində bu əməliyyat dayandırılıb, səbəb isə ölkədəki durğunluq, tibbi avadanlıqların köhnəlməsi və işin risk dərəcəsi olub.

Növbəti dalğa 1999-cu ildə "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında" qanunun qəbul edilməsi ilə başlayıb. 2022-ci ilin yanvarın 1-dən isə Azərbaycanda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qüvvəyə minib.

Bu sahədə qəbul edilən qanunların icrası necə həyata keçirilir? Orqan köçürülməsi əməliyyatları hansı formada tənzimlənir? Son günlər adı tez-tez hallanan Etika Komissiyasının fəaliyyəti nədən ibarətdir? Donor olmaq üçün hara müraciət etmək lazımdır və şəxsdən nə tələb olunur? Meyitdən nə zaman orqan götürə biləcəyik?

Teleqraf.com bu və digər suallarla ölkədəki mövcud durumu araşdırıb.

Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən (ODTKM) Teleqraf.com-un sorğusuna verilən cavaba görə, transplantasiya əməliyyatları "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçirilir:

“Statistik məlumatlara əsasən, transplantasiya əməliyyatlarının təxminən 90%-i uğurla başa çatıb, yalnız 9,7% halda ölüm qeydə alınıb. Əslində, transplantasiya əməliyyatlarının nəticələri bir sıra faktorlardan, o cümlədən xəstənin ümumi sağlamlıq vəziyyəti, əməliyyatın növü, həkimlərin peşəkarlıq səviyyəsi və postoperativ müalicənin keyfiyyətindən asılı olaraq dəyişə bilər. Lakin ümumilikdə transplantasiya əməliyyatlarının 90%-dən çoxu müsbət nəticə ilə başa çatması beynəlxalq təcrübə baxımından qənaətbəxş hesab olunur.

2022-ci ildən indiyə qədər cəmi 624 transplantasiya əməliyyatı həyata keçirilib. Bunlardan 118-i qaraciyər, 218-i böyrək, 65-i sümük iliyi, 223-ü buynuz qişa üzrə olub”.

Etika Komissiyası imkan verməz ki...

ODTKM -dan sorğumuza cavab olaraq bildirilib ki, Etika Komissiyası Səhiyyə Nazirliyi tərəfindən yaradılıb, yaxın qohum olmayan canlı donorlardan orqan götürülməsi ilə bağlı müraciətləri araşdırır:

“Müraciətlərə Mərkəzin təqdimatı əsasında baxılır. Əsas məqsədi donor və resipiyent arasında mövcud əlaqələri qiymətləndirmək, maddi və ya mənəvi asılılıq hallarının olub-olmadığını müəyyən etməkdir. Komissiya 5 nəfərdən ibarət iki tərkibdə – əsas və əlavə heyət şəklində təşkil olunur. Komissiyanın üzvlərinə Səhiyyə Nazirliyinin Aparatının əməkdaşı, psixoloq, hüquqşünas, daxili işlər orqanlarının əməkdaşı, qeyri-hökumət təşkilatının nümayəndəsi daxildir.

Komissiya tərəfindən transplantasiya əməliyyatı üçün uyğunluq təsdiqlənmədiyi halda əməliyyat həyata keçirilə bilməz. Qərar dörd nüsxədə tərtib olunur və aşağıdakı qurumlara təqdim edilir: bir nüsxə Koordinasiya Mərkəzinə, bir nüsxə Səhiyyə Nazirliyinə, digər iki nüsxə isə donor və resipiyentə”.

Millət vəkili Musa Quliyev deyir ki, orqan donorluğu insana yeni həyat vermək, həyatının davam etməsinə rəvac yaratmaqdır. Onun sözlərinə görə, Azərbaycanda canlıdan orqan köçürülməsi təcrübəsi kifayət qədərdir:

“Bu sahədə bizim ixtisaslaşmış klinikalarımız, bu işi bilən həkim mütəxəssislərimiz, bütövlükdə bu işi icra edən tibb personalımız formalaşıb. Amma orqanın canlı donordan götürülməsində seçim imkanları azdır. Donor qohum, yaxud yaxın bir şəxs olmalıdır ki, təmannasız bunu etsin. Çünki orqanın alqı-satqısı qanunla qadağandır və cinayətdir. Kənar insanların könüllü şəkildə orqanlarını kiməsə verməsi də inandırıcı deyil. Bununla əlaqədar Etika Komissiyası fəaliyyət göstərir və bu məsələləri dərindən araşdırır”.

Donorların yoxlanılma müddəti barədə

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin idarə heyətinin sədri Yeganə Abbasovanın sözlərinə görə, hər bir donor üçün yoxlama müddəti fərdi qaydada müəyyən olunur və fərqli vaxt tələb edə bilər:

“Amma ümumən proses tez başa gəlir. Bilirsiniz ki, böyrək xəstələrində təcililik meyarı yoxdur. Çünki onlar dializ oluna bilirlər. Qaraciyər transplantasiyasında isə təcililik əsasdır. Mərkəzimiz tərəfindən Etika Komissiyasına göndərdiyimiz sənədlər elektron sistemlə həyata keçirilir. Donorların yoxlanılması müddəti müxtəlif amillərdən asılıdır. Bura donorun sağlamlıq vəziyyəti, tələb olunan tibbi müayinələrin sayı və növü, həmçinin müvafiq qanunvericilik və prosedurlar daxildir”.

“Dörd min vətəndaş böyrək dializi qəbul edir, bu o deməkdir ki…”

Yeganə Abbasova deyir ki, ölkədə orqan transplantasiyası əməliyyatlarını gözləyən xəstələr üçün vahid informasiya sistemi mövcuddur. Bu sistem vasitəsilə xəstələrin qeydiyyatı aparılır və onların statistikasına nəzarət edilir:

“Bizdə böyrək transplantasiyanın gözləmə sırasında 600-ə yaxın xəstə var. Amma bilin ki, Azərbaycanda 4 min vətəndaş böyrək dializi qəbul edir. Bu dializin pulunu dövlət ödəyir. Bir adama böyrək dializi 15 minə başa gəlir. Əgər onlar transplantasiya əməliyyatı olsalar, dializdən xilas ola bilərlər. Sadəcə donorları yoxdur deyə müraciət etmirlər”.

Hansı xəstələr orqan köçürülmə əməliyyatına cəlb olunmalıdır?

2008-ci ildə ölkəmizdə və regionda ilk dəfə qaraciyər transplantasiyasını həyata keçirən transplantaloq Mircəlal Kazimi saytımıza açıqlamasında bildirib ki, orqan köçürülməsinə ehtiyacı olan xəstələr xroniki və kəskin orqan çatışmazlığı olan xəstələrdir:

“Onların içərisində kəskin qaraciyər çatışmazlığı olan xəstələr ilk plandadır. Amma orqan çatışmazlığından əziyyət çəkən xəstələrin əksəriyyəti xroniki xəstələrdir. Bu xəstələrin heç birinin istər cərrahi, istər terapevtik yolla sağalma şansı olmadığı üçün onları orqan transplantasiya əməliyyatlarına tabe tuturlar. Hazırda Azərbaycanda ən çox köçürülən orqan böyrəkdir”.

Avadanlığımız, qanunumuz, sığortamız var, amma...

İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarına əsasən, qaraciyər, böyrək, sümük iliyi və hematopoetik kök hüceyrələrin transplantasiyasına tibbi göstərişi olan, müalicə protokolları və kliniki tövsiyələr əsasında diaqnozu təsdiqlənmiş sığortaolunan şəxslərə (resipiyentlərə) bu xidmətlər şamil edilir.

Yeni Klinikanın direktor müavini, cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov hesab edir ki, müstəqillik qazanandan bəri ölkəmizdə bu istiqamətdə çox işlər görülüb: “Onlardan biri də odur ki, orqan transplantasiyası icbari tibbi sığorta ilə qarşılanır. Bununla da əməliyyatlar insanlar üçün əlçatan olub. Görülən işlərlə yanaşı insanlardan da çox şey asılıdır. Təbliğat müntəzəm və davamlı olmalıdır. Bunun üçün Təhsil Nazirliyinə təkliflər də vermişəm.

Təklif edirdim ki, dərsliklərdə orqan bağışlanması ilə bağlı məlumatlar yer alsın, televiziya kanallarında kiçik süjetlər yayımlansın. Bu əməliyyatı həyata keçirəcək həkim komandası, xəstəxanalarımız, avadanlığımız, qanunumuz, sığortamız da var. Amma canlı orqan transplantasiyası ilə məsələni həll etmək mümkün deyil. Meyit orqanından köçürülmə vacibdir”.

Canlı donor və meyitdən hansı orqanlar götürülə bilər?

Qanuna görə, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin, mədəaltı vəzin, nazik bağırsağın, dərinin - hər birinin yalnız bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

Meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər.

Transplantasiyanın İspaniya modeli

Mütəxəssislər hesab edir ki, meyit orqanın olması orqan gözləyən insanlar üçün yaşıl işıq yandıracaq. Amma təəssüf ki, Azərbaycanda hələ də meyit orqanının transplantasiyası gerçəkləşməyib.

Meyit orqanın transplantasiyası sahəsində İspaniya modeli ən mükəmməlidir. Hazırda meyit orqanı köçürülən ölkələr siyahısında İspaniya birinci pillədə qərarlaşır.

“İspaniyada meyitdən orqanın götürülməsinə təşviq mövcuddur. Belarusiyada meyitin orqanları köçürülməyə uyğundursa, qohumlarından icazə almırlar. Bizim cəmiyyətimiz buna yavaş-yavaş hazırlanmalıdır. Psixoloji yöndən, dini tərəfdən… Düzdür, dini baxımdan buna icazə verilir, bilirsiniz ki, müsəlman ölkələrində də bu, tətbiq olunur. Sadəcə, cəmiyyət olaraq buna hazır olmalıyıq” - deyə Eldar Əhmədov vurğulayıb.

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən sorğumuza verilən cavaba görə, bu günə qədər ölkədə iki nəfərə beyin ölümü diaqnozu qoyulub:

“Beyin ölümü keçirmiş şəxslərin yaxınları ilə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin əməkdaşları görüş keçirib, lakin həmin şəxslərin ailə üzvləri yaxınlarının orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq verməyiblər. Bunun nəticəsində həmin şəxslərin orqanlarından donor orqanı kimi istifadə etmək mümkün olmayıb. Lakin bu hallar ölkənin gələcək səhiyyə sistemində meyitdən donor kimi istifadə edilməsinə maneə yaratmır. Bu cür halların qarşısını almaq və ictimaiyyətdə donorluğun əhəmiyyətini artırmaq məqsədilə Mərkəzimiz mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirir”.

Transplantaloq Mircəlal Kazimi deyir ki, meyitdən orqan götürmək üçün ölən şəxsə beyin ölümü diaqnozu qoyulmalıdır: “Beyin ölümü diaqnozu ixtisaslaşmış xəstəxanaların reanimasiya şöbəsində qoyulur. Yəni xəstəxananın reanimasiya şöbəsinə - hər hansı səbəbdən, məsələn, avtomobil qəzası, beyinə qan sızma, işemik insult və digər - yerləşdirilmiş xəstədə bir müddət sonra aparılan müalicə effekt vermədikdə beyin ölümü diaqnozu qoyularsa, artıq bu xəstələr potensial donor namizədi olurlar.

Orqan transplantasiya əməliyyatlarının icrası üçün bu işi görə bilən peşəkar mütəxəssislər və xəstəxananın olması şərtdir. Yəni o həkimlər, cərrahlar orqan transplantasiya sahəsində üst ixtisasa yiyələnən şəxslər olmalıdır. Ölkəmizdə bu əməliyyatların icrası üçün uyğun tibb müəssisələri, həkimlər, tibb personalları mövcuddur. Çünki orqan transplantasiya işində ən çətin olan canlıdan transplantasiya əməliyyatıdır ki, bu da ölkəmizdə illərdir icra olunur.

Bilirsiniz ki, Azərbaycanda Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradılıb, onun ən əsas işlərindən biri ölkəmizdə meyit orqanı transplantasiyası işinin başlanması üçün beyin ölümü diaqnozunun qoyulması, beyin ölümü diaqnozunun təsdiqi və meyitlərdən alınmış orqanlardan istifadədir. Çoxmərtəbəli prosesin bir neçə mərhələsi gedilib.

Düşünürəm ki, yaxın gələcəkdə meyitdən alınan orqanlar vasitəsilə bu əməliyyatlar icra olunacaq. Belə olduğu təqdirdə tək canlı donor şansı olan qaraciyər və böyrək transplantasiyasına ehtiyacı olan şəxslər deyil, həm canlı donor olmayan qaraciyər və böyrək çatışmazlığından əziyyət çəkən xəstələr, həm də ürək və ağciyər, mədəaltı vəzi, digər orqanların çatışmazlığı ilə üzləşən xəstələr də meyit orqanlarının transplantasiyasından yararlanacaq, sağlamlıqlarına qovuşacaqlar”.

Millət vəkili Musa Quliyev deyir ki, beyin ölümümün diaqnostikası ilə bağlı hüquqi və normativ sənədlər hazırlanıb: “Amma əsas məsələ donoru tapmaqdır. Kliniki, yaxud beyin ölümü keçirən şəxsin ailə üzvlərinin razılığı çox mühümdür. Burda biz hərtərəfli maarifləndirmə işi, xüsusən də orqanların insanın sağlığında vəsiyyəti ilə bağlı geniş təbliğat işləri aparmalıyıq. Hər kəs bilməlidir ki, bu, humanist addımdır”.

Orqanlarını bağışlamaq istəyənlər hara və necə müraciət etməlidirlər?

Ölümündən sonra orqanlarını bağışlamaq istəyən şəxslər Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edərək xüsusi formanı doldurmaqla donor kimi qeydiyyatdan keçə bilərlər.

Mərkəzdən bildirilib ki, yaxın gələcəkdə könüllü donor olmaq istəyən şəxslər mygov.az platforması vasitəsilə müraciət edə biləcəklər:

“Hazırda isə bu prosesə dəstək və donor olmaq istəyənlər üçün qurumumuza məxsus odtkm.gov.az rəsmi internet səhifəsində xüsusi olaraq yaradılmış "Donor ol" bölməsi fəaliyyət göstərir. Həmin bölmə vasitəsilə könüllü donor olmaq istəyən hər kəs sadə və rahat şəkildə müraciət edə bilər. Bu addım cəmiyyətimizin sağlamlığının qorunması və humanizm prinsiplərinin təşviqi üçün atılıb və donor olmağı daha əlçatan etmək məqsədini daşıyır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 10 Yanvar 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri