Canlı yayımda ürəyi gedən Samirənin durumu necədir?
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, müğənni Samirə Efendi Qazaxıstanda keçirilən "Silkway Star" yarışmasında canlı yayım zamanı huşunu itirib.
Axşam.az-ın məlumatına görə, yarışmada münsif olan Samirə məsələyə aydınlıq gətirib. O, səhhətində yaranan problemlə bağlı açıqlama yayıb:
"Çox sayda məktub alıram. Nigaran qalmayın. Yaxşıyam, səhhətim stabildir. Təzyiqim düşmüşdü. Vaxtında ilkin yardım götərildi və özümə gəldim".

