Icma.az
close
up
RU
Canlı yayımda yemək, yoxsa ədəbsizliyin nümayişi?

Canlı yayımda yemək, yoxsa ədəbsizliyin nümayişi?

Icma.az, Gununsesi saytına istinadən bildirir.

TikTok-da canlı yayım adı ilə nümayiş etdirilən davranışlar cəmiyyətdə nəyi normallaşdırır?

Sosial şəbəkələrdə, xüsusilə TikTok-da canlı yayımlar zamanı yemək yeyən bəzi şəxslərin davranışları ciddi suallar doğurur.

Təəssüf ki, bəzən adi bir yemək prosesi elə formada nümayiş etdirilir ki, insan istər-istəməz cəmiyyətin mədəni dəyərləri barədə düşünməyə başlayır.

Ağzı dolu halda danışmaq, yeməyi ağıza barmaqlarla itələmək, çeynəmə səslərini nümayiş etdirmək, çay içərkən xortuldamaq və bütün bunları minlərlə insanın qarşısında etmək artıq bəzi canlı yayımların adi mənzərəsinə çevrilib. Üstəlik, bu görüntüləri izləyən, şərh yazan və həvəslə gözləyən kifayət qədər böyük auditoriya var.

Məsələ heç də insanın kamera qarşısında yemək yeməsində deyil. Hər kəsin öz həyat tərzi var və heç kimdən süni davranış tələb olunmur. Ancaq şəxsi vərdişlərlə ictimai məkanda nümayiş etdirilən davranış arasında müəyyən fərq olmalıdır. İnsan öz evində necə rahatdırsa, elə də davrana bilər. Lakin minlərlə insanın qarşısına çıxanda elementar ədəb qaydalarını da nəzərə almaq lazımdır.

Əsl düşündürücü məqam isə budur: vaxtilə uşaqlara süfrə arxasında necə oturmaq, yeməyi necə yemək, danışarkən nələrə diqqət etmək öyrədilirdi. Bu gün isə həmin qaydaların tam əksini nümayiş etdirən bəzi şəxslər minlərlə izləyici toplayır. Belə çıxır ki, bir tərəfdən uşaqlara ədəb öyrədirik, digər tərəfdən isə sosial şəbəkələrdə ədəbsizliyi əyləncə adı ilə təqdim edirik.

Daha qəribəsi odur ki, bu cür davranışlara irad bildirəndə bəzən cavab olaraq şəxsi azadlıq arqumenti səsləndirilir. Halbuki azadlıq hər şeyi etmək və hər şeyi nümayiş etdirmək demək deyil. Mədəniyyət insanın özünü necə aparmasında, başqalarında hansı təəssürat yaratmasında da özünü göstərir.

Sosial şəbəkələrin təsiri təkcə paylaşım edən şəxslə məhdudlaşmır. İnsanlar nəyi çox görürlərsə, zamanla onu adi qəbul etməyə başlayırlar. Əgər bayağılıq diqqət və gəlir gətirirsə, keyfiyyətli məzmun arxa plana keçir, cəmiyyətin zövqü isə tədricən bu mənzərəyə uyğunlaşır.

Ən təhlükəlisi də budur ki, bir müddət sonra problemli davranışın özü deyil, həmin davranışa etiraz etmək qəribə görünməyə başlayır.

Cəmiyyətin mədəni səviyyəsi yalnız insanların nə qədər savadlı olması ilə ölçülmür. Onun hansı davranışları qəbul etməsi, nəyə gülməsi və nəyi nümunə kimi təqdim etməsi də az əhəmiyyət daşımır.

TikTok-da canlı yayım açıb yemək yemək ayıb deyil. Amma izləyici toplamaq naminə elementar ədəb qaydalarını belə nəzərə almamaq və bunu normal hal kimi təqdim etmək düşündürücüdür. Çünki populyarlıq insanı məşhur edə bilər, amma hər məşhur olan davranış mədəniyyət göstəricisi deyil.

Elmar
Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Oktyabr 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri