CAR da yaşayış evinə silahlı basqın 11 nəfər öldürülüb
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Cənubi Afrika Respublikasının Durban şəhərində 2 nəfər naməlum şəxs yaşayış evlərindən birinə silahlı basqın edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gecə Kvamaxuta qəsəbəsində baş verən basqın zamanı 11 sakin öldürülüb.
Bu barədə əyalətin baş naziri Kvazulu-Natal Tamsanka Ntuli ictimaiyyətə açıqlama verib. Onun sözlərinə görə dünən axşam saatlarında 2 nəfər yaşayış evinə soxularaq 14 sakini - 13 kişi və 1 qadını bir otağa yığıb və onlara atəş açıb. 10 nəfər həmin an, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib. 3 nəfər möcüzə nəticəsində sağ qalıb. Evə tərk edərkən cinayətkarlar sakinlərdən birinə məxsus avtomobili də yandırıblar. Baş nazir ölənlərdən yeganə qadının hamilə olduğunu da vurğulayaraq, hadisənin motivlərinin bəlli olmadığını, cinayətkarların axtarışlarına başlandığını da bildirib.
Qeyd edək ki, CAR qətl göstəricilərinə görə dünyada öncüllər sırasındadır. 62 milyon əhalisi olan ölkədə hər gün orta hesabla 60 nəfər qətlə yetirilir.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 Sentyabr 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















