CARda 50 şagird zəhərlənmə səbəbindən xəstəxanaya YERLƏŞDİRİLDİ
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
CAR-ın şimalındakı Limpopo əyalətində 50 ibtidai məktəb şagirdi qida zəhərlənməsi şübhəsi ilə təcili xəstəxanaya yerləşdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə SABC radio stansiyasının efirində əyalətin səhiyyə departamentinin nümayəndəsi Nil Şikvambana məlumat verib.
“İlkin olaraq Giyani şəhər məktəbinin 39 şagirdi xəstəxanaya yerləşdirilib, bir müddət sonra daha 11 şagirdə təcili tibbi yardım lazım olub”, – o bildirib. “Onların hamısı məktəb yeməkxanasında milli məktəb qidalanma proqramı çərçivəsində verilən sıyığı yedikdən sonra mədələrində ağrı hiss ediblər”.
Limpopo sanitariya xidmətinin əməkdaşları analiz üçün qida nümunələri götürüblər.

CARda kütləvi zəhərlənmə 50 şagird xəstəxanaya yerləşdirildi
15 Noyabr 2024 00:01
CARda 50 şagird zəhərlənmə səbəbindən xəstəxanaya yerləşdirilib
14 Noyabr 2024 23:50
CARda kütləvi zəhərlənmə 50 şagird xəstəxanaya yerləşdirilib
15 Noyabr 2024 11:56
CARda 50 şagird zəhərlənmə səbəbindən xəstəxanaya yerləşdirilib AzPolitika onlayn siyasiictimai qəzet
15 Noyabr 2024 00:30
CARda 50 şagird zəhərləndi
15 Noyabr 2024 10:40

