Icma.az
close
up
RU
Cared Kuşner: “Sülh sabah yetişməyəcək”

Cared Kuşner: “Sülh sabah yetişməyəcək”

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az “UNİAN” agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın kürəkəni və Amerika danışıqlar qrupunun nümayəndəsi Cared Kuşner “könülülər koalisiyası”nın Parisdə keçirilən iclasından sonra keçirilən mətbuat konfransında belə deyib.
Kuşner bildirib ki, Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski dekabrda ABŞ prezidentinin Mar-a-Laqo malikanəsində keçirilən görüşdə təhlükəsizlik təminatları ilə bağlı hərtərəfli müzakirə aparıblar: “Düşünürəm ki, onlar əslində bütün məsələləri olmasa da, əksəriyyətinə toxundular”.
Eyni zamanda, o, yanvarın 6-da Parisdə baş tutan görüşün “çox mühüm mərhələ” olduğunu düşünür.
- Bu o demək deyil ki, biz sülhə nail olacağıq. Ancaq bu gün əldə etdiyimiz tərəqqi olmadan sülh mümkün olmayacaq. Bu o deməkdir ki, Ukrayna yekun razılaşmaya gedəcəksə, onlar razılaşmadan sonra qorunacaqlarını, etibarlı çəkindirmə mexanizmi və bunun bir daha təkrarlanmaması üçün real dəstək olacağını bilməlidirlər”, - Cared Kuçner vurğulayıb.
The Independent: “Ukrayna üzrə danışıqlar arxa plana keçib” Onun sözlərinə görə, Amerika lideri öz qiymətləndirmələrinə və Rusiya prezidenti Vladimir Putinlə söhbətlərinə əsaslanaraq təhlükəsizlik zəmanətlərinə sadiqliyini nümayiş etdirir. Bu baxımdan, müqavilə “hər iki tərəfin gərginliyin azaldılmasına sadiq olduğu” və real monitorinq mexanizminin işə salınacağı, habelə hər hansı növbəti pozuntu baş verərsə, münaqişənin həlli üçün real imkanların yaradılacağı şəraitdə bağlanmalıdır.
Yeri gəlmişkən, “UNİAN” agentliyi Parisdə “könüllülər koalisiyası”na daxil olan ölkələrin görüşündə Fransa və Böyük Britaniyanın Rusiya ilə müharibənin bitməsindən sonra sülhü təmin etmək üçün Ukraynaya qoşun yeritmək niyyətlərini açıqladığı barədə məlumat yayıb.
Bununla belə, “The Independent” nəşri hazırda ABŞ diqqətini Venesuelaya yönəltdiyi üçün Parisdə Ukrayna üzrə danışıqlarda irəliləyişin qeyri-müəyyən olaraq qaldığını yazmışdı.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 Yanvar 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri