Çarəsizliyin şəkli torbalara doldurub evlərinə aparırlar FOTO
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Pakistanın şimal-qərbində yerləşən Karak bölgəsində illərdir təbii qaz infrastrukturu qurulmadığı üçün sakinlər təhlükəli və primitiv üsulla enerji tələbatlarını ödəməyə çalışırlar.
Milli.Az xəbər verir ki, yerdən sızan təbii qaz borularla böyük plastik torbalara doldurulur, daha sonra bu torbalar evlərə daşınır və birbaşa ocaqlara qoşulur.
Mütəxəssislər xəbərdarlıq edir ki, xalq arasında "balon qaz" adlandırılan bu üsul ən kiçik bir qığılcımla partlaya bilər.
Ötən illərdə eyni üsul səbəbilə bəzi evlərdə yanğın və insan tələfatı baş verib.
Bölgə sakinləri, bütün risklərə baxmayaraq, başqa alternativ olmadığından bu üsulu istifadə etməyə davam edirlər.
Yerli mənbələr bildirir ki, bir çox evlərdə yemək bu "balon qaz" sistemi ilə bişirilir.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 13 Noyabr 2025 08:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















