Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Baş Dövlət Yol Polisi İdarəsi velosipedçilərə çağırış edib.
Bu barədə Sherg.az-a Baş Dövlət Yol Polisi İdasindən məlumat verilib.
Bildirilib ki, velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texniki sazlığını təmin etməsi, sutkanın qaranlıq vaxtı və görünmənin məhdud olduğu şəraitdə isə yolda görünmələri üçün zəruri tədbirlər görməsi xüsusi əhəmiyyət daşıyır.
Cari ilin ilk 9 ayı ərzində velosipedçilərin vurulması ilə nəticələnən 16 yol-nəqliyyat hadisəsinin qeydə alınması, həmin hadisələrdə 9 nəfərin həyatını itirməsi və 8 nəfərin xəsarət alması ciddi narahatlıq doğurmaqla yanaşı, qaydalara əməl etməyin və şəxsi təhlükəsizlik tədbirləri görməyin həyati əhəmiyyətini göstərir.
Respublika əhəmiyyətli avtomobil yollarının kənarında yerləşən yaşayış məntəqələrində velosipedlə hərəkət edən şəxslər xüsusilə ehtiyatlı olmalıdırlar. Sutkanın qaranlıq vaxtı və ya görünmənin məhdudlaşdığı şəraitdə lazımi tədbirlər görmədən, eləcə də texniki cəhətdən nasaz və müvafiq avadanlıqla təchiz edilməmiş velosipedlə yüksək sürətli avtomobil yollarına çıxmaq ağır nəticəli qəzaların başvermə riskini artırır.
Qanunvericiliyə əsasən, velosipedlərin avtomagistrallarda hərəkəti qadağandır. Velosipedçi xüsusi velosiped zolağı ilə, belə zolaq olmadıqda isə yolun hərəkət hissəsinin kənarı və ya yol çiyini ilə hərəkət etməlidir. Velosiped texniki cəhətdən saz və lazımi avadanlıqla təchiz olunmalı, onun idarə edilməsinə mane olan yük və ya sərnişin daşınmamalıdır.
Baş Dövlət Yol Polisi İdarəsi velosipedçiləri, eləcə də ikitəkərli nəqliyyat vasitələrini idarə edən digər şəxsləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 09 Oktyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















