Cari mövsümə Qubada yekun vurulur
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün Misli Premyer Liqasında cari mövsümün son oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, 2025/26 "futbol ili"nə Qubada yekun vurulacaq.
"İmişli" "Karvan-Yevlax"ı qəbul edir. Demək olar ki, hər iki komanda üçün mövsüm bir neçə tur əvvəl başa çatıb. Nominal meydan sahibləri debüt ilində elitada yerini qoruya bildisə, yevlaxlıların Premyer Liqanı tərk edəcəyi rəsmiləşib. Bu səbəbdən istər "pələnglər", istərsə də "ağ-qaralar" formal xarakter daşıyır.
Qeyd edək ki, 2026/27 mövsümünə avqustun 14-də start veriləcək.
Misli Premyer Liqası
III dövrə, XXXIII tur
16:00. "İmişli" - "Karvan-Yevlax"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Quba. Olimpiya İdman Kompleksinin stadionu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 24 May 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















