CASCFEN rəhbər heyətinin 2025 ci il üzrə son toplantısı keçirilib
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Təşkilat daxilində Güney Azərbaycanla Əlaqələr Departamenti yaradılıb
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) 2025-ci ili uğurla yekunlaşdırıb. Bu barədə təşkilatın rəhbər heyətinin ilin yekunlarına həsr olunmuş iclasında birliyin sədri Nadir Azəri məlumat verib. Sədr bildirib ki, CASCFEN 2025-ci il ərzində Türkiyə, Kuzey Kıbrıs və Azərbaycandan olan bir sıra qeyri-hökumət təşkilatları, eləcə də ədəbi birliklərlə əməkdaşlıq müqavilələri imzalayıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ortaq qrant müsabiqəsinin qalibi olaraq “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə” layihəsi uğurla icra olunub.
CASCFEN-in Mətbuat xidmətinin məlumatına əsasən, Nadir Azəri qeyd edib ki, 2025-ci il ərzində təşkilatın daxili strukturunda da bir sıra yeniliklər həyata keçirilib, bu istiqamətdə müvafiq qərarlar qəbul olunub. Sədr, həmçinin vurğulayıb ki, 2026-cı ilin türk dünyası və Azərbaycan üçün əlamətdar yubileylərlə zəngin olması nəzərə alınaraq təşkilat artıq geniş fəaliyyət planı hazırlayıb. Qeyd olunub ki, 2026-cı il Birinci Türkoloji Qurultayının keçirilməsinin 100-cü ildönümü, Şuşa Bəyannaməsinin imzalanmasının və Türk Dövlətləri Təşkilatının yaranmasının isə 5-cü ildönümüdür. Bu yubileylərlə bağlı CASCFEN tərəfində xüsusi tədbirlərin keçirilməsi planlaşdırılır.
Məlumata görə, iclasda, eyni zamanda bir sıra təşkilati məsələlərə baxılıb: “Belə ki, Azərbaycanın nüfuzlu ali məktəblərində təhsil alan tələbələrdən ibarət yeni üzvlərin CASCFEN-ə qəbulu təsdiqlənib. Bundan əlavə, CASCFEN-in regionlarda təşkilatlanmasının yeni mərhələsi elan olunub və bu çərçivədə Naxçıvan Muxtar Respublikasında nümayəndəliyin yaradılması barədə qərar qəbul edilib. Nümayəndəliyə Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının dosenti, CASCFEN sədrinin Türkiyə ilə əlaqlər üzrə müşaviri Ruhəngiz Əliyeva rəhbər təyin olunub. Eyni zamanda Rəsul İbrahimov CASCFEN sədrinin Gənclər, könüllülər və sosial şəbəkələr üzrə müşaviri təyin edilib. İclasda digər mühüm məsələlər də müzakirə olunub”.
İctimai Birliyin mətbuat xidmətindən verilən məlumata həmçinin deyilir: “Son günlər güney qonşumuz İranda baş verən hadisələr fonunda Güney Azərbaycan, oradakı soydaşlarımızla bağlı məsələ də təşkilatın diqqət mərkəzindədir. Bu məqsədlə CASCFEN sədrinin 31 dekabr 2025-ci il tarixli sərəncamı ilə təşkilatın daxilində Güney Azərbaycanla Əlaqələr Departamenti yaradılıb. Tanınmış jurnalist və QHT təmsilçisi Elman Cəfərli departamentin rəhbəri təyin edilib”.
Baxış sayı:115
Bu xəbər 31 Dekabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















