Icma.az
close
up
RU
“Çasov Yar, Toretsk və Belogorovka uğrunda döyüşlərdə Rusiya 20 min işğalçısını itirib“ “DeepState“

“Çasov Yar, Toretsk və Belogorovka uğrunda döyüşlərdə Rusiya 20 min işğalçısını itirib“ “DeepState“

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bu yaşayış məntəqələrində ağır və qanlı döyüşlər davam edir, müdafiə qüvvələri işğalçıların hücumunu dayandırmağa çalışır..."

2024-cü ilin aprelindən 2025-ci ilin fevralına qədər Donetsk vilayətinin Belogorovka, Çasov Yar və Toretsk bölgələrində Rusiya 20 mindən çox hərbçisini itirib. Onlardan təxminən 7,5 mini geriyədönməz itkilərdir.

Moderator.az xəbər verir ki, bu barədə cəbhədəki aktual vəziyyəti izləyən  "DeepState" analitik layihə məlumat verib. Məlumatı   nəşri yayıb.

Analitiklərin məlumatına görə, Toretskdə Rusiya 12 498 hərbçi itirib, onlardan: 4 003- geriyədönməz itkilər (həlak olanlar), 8 451-  sanitar itkilər (yaralananlar), 44-  əsir düşənlərdir.

Belogorovkada işğalçıların itkiləri 3 013 nəfərə çatıb, onlardan: 1 543- geriyədönməz itkilər, 1 455- sanitar itkilər, 15- əsir düşənlərdir.

Çasov Yarda düşmənin itkiləri 4 880 hərbçi təşkil edib, onlardan: 1 967- geriyədönməz itkilər, 2 897- sanitar itkilər, 16- əsir düşənlərdir.

"Bu yaşayış məntəqələri uğrunda döyüşlər davam edir. Döyüşlər ağır və qanlıdır, lakin Müdafiə Qüvvələri işğalçıları bütün gücləri və vasitələri ilə dayandırmağa çalışır", - analitiklər qeyd edir.

Ukraynadakı müharibə: son xəbərlər

Toretsk istiqamətində Ukrayna Silahlı Qüvvələri rusiyalı piyada qrupunu məhv edib. Onların arasında rusiyalı radio-kəşfiyyat zabiti də olub. Ukrayna hərbçilərinin məlumatına görə, "Gürzə" PUA bölüyünün kəşfiyyatçıları uçuşlardan birində zibilin içində maskalanmış bir sığınacaq aşkar edib.

Daha sonra məlum olub ki, orada təkcə sıravi piyadalar yox, həm də kifayət qədər "böyük bir hədəf"- rusiyalı radio-kəşfiyyat zabiti gizlənib. PUA pilotları bir neçə dəqiq atışla sığınacağı alova bürüyüb. Zabit təlaşa düşərək təxliyə qrupu çağırmağa çalışıb və onlarla birlikdə qaçmaq istəyib, lakin buna nail ola bilməyib.

Bu arada Rusiyanın Kursk vilayətində Rusiya qüvvələri Ukraynanın Müdafiə Qüvvələrinin logistikasını məhv etməyə çalışır. Düşmən Sum vilayətinə doğru hərəkət edən hər şeyi atəşə tutur. Ən təhlükəli sahə Pisarevka-Yunakovka istiqamətidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Fevral 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri