Icma.az
close
up
RU
“Caspian Air Cargo Summit” rekord iştirakçı sayı ilə fərqləndi Fotolar

“Caspian Air Cargo Summit” rekord iştirakçı sayı ilə fərqləndi Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Konqres Mərkəzində Silk Way West Airlines şirkətinin ev sahibliyi ilə keçirilən sayca 10-cu “Caspian Air Cargo Summit”in zirvə görüşü rekord iştirakçı sayı və mühüm yeniliklərlə yadda qalaraq qlobal logistika xəritəsində strateji qovşaq kimi Azərbaycanın mövqeyini daha da möhkəmləndirib.

DSV, Boeing, Airbus, Rolls-Royce, Atlas Air Worldwide, ACL Airshop, Hactl, Kales Group və digər qlobal şirkətlərin rəhbərləri də daxil olmaqla, 45-dən çox ölkədən gəlmiş 400-dən artıq tədbir iştirakçısı hava yolu ilə daşınan yüklər, logistika və multimodal nəqliyyatın gələcəyini müzakirə etmək üçün Bakıda bir araya gəlib.

Zirvə görüşündə Silk Way Group şirkətlər qrupunun iddialı inkişaf strategiyası və Azərbaycanın Avrasiya logistikasındakı artan rolu ön planda olub. 750 hektar ərazini əhatə edən Ələt Azad İqtisadi Zonası Hava Limanı və Karqo Kəndi layihəsi bu planların mərkəzində dayanır. Ən müasir tələblərə cavab verən və hava, dəniz, avtomobil və dəmir yollarını özündə birləşdirən bu qovşağın inşaat işlərinin 2026-cı ilin sonunadək başa çatdırılması, 2027-ci ilin əvvəlində isə fəaliyyətə başlaması gözlənilir. Silk Way Group layihə çərçivəsində operator kimi Dnata şirkəti ilə müştərək müəssisənin təsis olunması, həmçinin biznes aviasiyası və FBO xidmətlərinin (sabit baza operatoru) inkişaf etdirilməsi üçün ExecuJet şirkəti ilə anlaşma memorandumunun imzalanması və yeni hava limanında Gulfstream-in regional xidmət mərkəzinin yaradılması barədə planlarını açıqlayıb.

Eyni zamanda, Silk Way West Airlines dünyanın ən gənc və səmərəli uzun məsafəli yük təyyarələri donanmalarından biri kimi 10 ədəd Boeing 777F və 4 Airbus A350 yük təyyarələrinin alınması ilə donanmanın yenilənmə proqramını həyata keçirir. Bundan əlavə, konfrans sessiyalarında qlobal ticarətdə Orta Dəhlizin strateji əhəmiyyətinin artması, Mərkəzi Avrasiya boyunca rəqəmsal innovasiyalar, dayanıqlı hava nəqliyyatı və investisiya imkanlarının əhəmiyyəti araşdırılıb.

Silk Way Group şirkətlər qrupunun prezidenti Zaur Axundov Caspian Air Cargo Summit-in sayca 10-cu olması təkcə bu tədbirin illər ərzində keçdiyi inkişaf yolunu deyil, həmçinin aviasiya sənayesində müşahidə edilən dinamizmi əks etdirdiyini vurğulayıb.

“Tərəfdaş və müştərilərimizlə birlikdə yeni çağırışlara cavab verməyə və qlobal logistika mərkəzi kimi Azərbaycanın rolunu gücləndirən imkanlardan istifadə etməyə davam edirik”, - deyə şirkətlər qrupunun prezidenti qeyd edib.

İlk dəfə 2006-cı ildə keçirilmiş Caspian Air Cargo Summit tədbiri Mərkəzi Asiya və Qafqazda hava yolu ilə yükdaşıma və logistika üzrə qabaqcıl təşəbbüsə çevrilib. Silk Way West Airlines şirkətinin ev sahibliyi ilə Euroavia International tərəfindən təşkil edilən zirvə görüşü qlobal sənaye liderlərini Orta Dəhlizin sürətlə inkişaf edən imkanları ilə tanış edir.

Əsası 2012-ci ildə İpək Yolunun mərkəzi olan Bakıda qoyulmuş Silk Way West Airlines şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanındakı Boeing 777F, 747-8F, 747-400F təyyarələri vasitəsilə hər ay dünya üzrə yüzlərlə uçuş həyata keçirir. Dayanıqlılıq və səmərəlilik prinsipləri çərçivəsində, Silk Way West Airlines qlobal logistikanın tələblərinə daha yaxşı cavab vermək məqsədilə 2030-cu ilədək öz donanmasını Boeing 777F, Boeing 777-8F və Airbus A350F da daxil olmaqla yeni, ən müasir təyyarələrlə yeniləməyi planlaşdırır. Aviaşirkət illik 500 min tondan çox yük dövriyyəsi ilə Avropa, MDB ölkələri, Yaxın Şərq, Asiya və Amerika qitəsində 40-dan artıq qlobal istiqamətə yükdaşıma xidmətləri təklif edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see143

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see121

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri