Icma.az
close
up
RU
Çaşqınlıq yaradan qanun: Azərbaycanda təhsil pullu olur?

Çaşqınlıq yaradan qanun: Azərbaycanda təhsil pullu olur?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin Azərbaycanın təhsil müəssisələrindəki əlavə təhsil istisna olmaqla ödənişli təhsilinin haqqı dövlət tərəfindən qarşılanacaq.

Bununla bağlı "Təhsil haqqında" Qanuna dəyişiklik edilir. Artıq qanun layihəsinə parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında baxılıb.

Qanun layihəsində ən çox müzakirə doğuran məqamlardan biri də əlavə təhsil anlayışının güzəşt mexanizminə daxil edilməməsidir. Məhz bu ifadə ictimaiyyət arasında ciddi anlaşılmazlıqlara səbəb olub.

Bir qisim vətəndaş əlavə təhsil dedikdə magistratura və ya ikinci ali təhsili nəzərdə tutduğunu düşünsə də, hüquqi baxımdan bu termin tamamilə fərqli bir kateqoriyanı ifadə edir.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, "Təhsil haqqında" Qanuna edilən bu son dəyişiklik əslində mövcud ziddiyyətləri aradan qaldırmaq məqsədi daşıyır:

“İlk növbədə, bəzi yanlış başa düşülən məqamı düzəldək ki, magistratura əlavə təhsil deyil. Magistratura ali təhsilin ikinci pilləsidir və sosial müdafiəyə ehtiyacı olan şəxslər üçün bu pillədə də təhsil haqqı dövlət tərəfindən qarşılanmağa davam edəcək. Əlavə təhsil dedikdə bir neçə istiqamət nəzərdə tutulur. Bunların birincisi ixtisasartırma və kadrların yenidən hazırlanmasıdır.

Bu halda, şəxsin artıq diplomu olsa da, o peşə fəaliyyətini tamamilə başqa sahəyə dəyişmək qərarına gələ bilər. Məsələn, mühəndis olan bir şəxs yenidən hazırlaşıb hüquqşünas ola bilər. Digər istiqamət təkrar ali və orta ixtisas təhsilidir. Bu, şəxsin artıq bir ali təhsili olduğu halda ikinci dəfə fərqli bir ixtisas üzrə bakalavr səviyyəsində təhsil alması deməkdir. Bundan əlavə dərəcələrin yüksəldilməsi və yaşlıların təhsilidə bura aiddir”. 

Onun sözlərinə görə, bu istisnanın qoyulmasının səbəbi yalnız xərclərin yüksək olması ilə bağlı deyil:

“Burada əsas məntiq "ilk peşə-ixtisas hazırlığına dəstək" prinsipidir. Dövlət hər bir vətəndaşın, xüsusilə də həssas qrupların əmək bazarına daxil olması üçün onlara bir dəfə pulsuz (dövlət hesabına) ixtisas sahibi olmaq imkanı yaradır. Əgər şəxs artıq dövlət hesabına bir ixtisas sahibidirsə, lakin sonradan ixtisasını dəyişmək və ya ikinci dəfə başqa bir ali təhsil almaq istəyirsə, bu artıq fərdi seçim hesab olunur”.

Ekspert qeyd edib ki, beynəlxalq təcrübədə də bu belədir:

“Dövlət sosial öhdəlik olaraq vətəndaşın baza təhsilini və peşəyə çıxışını maliyyələşdirir. Əlavə təhsil isə daha çox fərdi karyera inkişafı və ya işəgötürənin tələbi ilə bağlı olduğu üçün, onun xərcləri ya şəxsin özü, ya da onu göndərən müəssisə tərəfindən ödənilməlidir.

Beləliklə, parlamentdəki bu düzəliş qanunla Nazirlər Kabinetinin qaydalarını uzlaşdırır, sui-istifadə halların qarşısını alır və dövlət büdcəsinin daha hədəfli, daha səmərəli xərclənməsini təmin edir”.

Gülər Həsənli
“Cebheinfo.az”

 

Açar sözlər: təhsil Əmrah Həsənli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Yanvar 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri