Castin Biber Selena Qomezin nişanlanmasına necə reaksiya verib?
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, məşhur müğənni, aktrisa Selena Qomez musiqiçi sevgilisi Benni Blanko ilə nişanlandığını elan edib.
Axşam.az-ın məlumatına görə, Selenanın eks-sevgilisi, kanadalı müğənni Castin Biberin buna reaksiyası maraq doğurub.
"Daily Mail" Castin Selenanın nişanlanmasına necə münasibət bildirdiyini açıqlayıb:
"Castin evlidir, bir uşağı var, bunu hamımız bilirik. Lakin o, Selenanın nişanlı olduğunu eşidəndə bir anlıq bunun onu incitdiyini etiraf etdi. Baxmayaraq ki, onlar bir daha heç vaxt dost olmayacaqlar, görüşməyəcəklər. Bu, bir dövrün sonudur”.
Qeyd edək ki, Castin 2018-ci ildə Selena ilə ayrıldıqdan qısa müddət sonra model Heyli Biber ilə ailə qurmuşdu. Bundan sonra onlar arasında yaşananlar ulduzların pərəstişkarları tərəfindən birmənalı qarşılanmamışdı. Selenanın izləyiciləri davamlı olaraq Castinlə Heylinin ona haqsızlıq etdiyini bildirərək cütlüyü hətta təhqir edirdilər.
Selena və Heyli bir müddət əvvəl barışdıqlarını açıqlayıblar.
Castinlə Heylinin bir oğlu var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 18 Dekabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















