Icma.az
close
up
RU
casus yuvasına çevrilmişdi: Əməkdaşları arasında peşəkar FSB çilər vardı

casus yuvasına çevrilmişdi: Əməkdaşları arasında peşəkar FSB çilər vardı

Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.

"Sputnik.az" casus yuvasına çevrilmişdi: Əməkdaşları arasında peşəkar FSB-çilər vardı

Azərbaycanla Rusiya arasında davam edən soyuq münasibətlərə Yekaterinburqda rus təhlükəsizlik qüvvələrinin azərbaycanlıları qətlə yetirməsi də əlavə olunub. Ötən lin dekabr ayında Azərbaycana məxsus sərnişin təyyarəsinin Qroznı üzərində vurulması və Kremlin məsələdə günahını boynuna almamasına baxmayaraq çoxları bunun müvəqqəti hal olacağına və iki ölkə arasında münasibətlərin qısa müddət sonra normallaşacağına ümid edirdi. Lakin hadisələrin gedişi göstərdi ki, Rusiya təyyarə məsələsində nəinki günahını boynuna almaq istəmir, əksinə müxtəlif yollarla Azərbaycana qarşı şantaj və təzyiq siyasətini davam etdirir. Bu baxımdan Azərbaycanın bu ilin fevral ayında Bakıdakı "Rus evi"nin fəaliyyətini dayandırması və "Sputnik.az"-ın yalnız bir müxbirlə fəaliyyətini davam etdirəcəyini bildirməsi belə Rusiyanı təzyiq və şantaj siyasətindən əl çəkməyə məcbur edə bilmədi. Bununla belə son dövrlərdə iki ölkə arasında münasibətlərdə özünü göstərən yaxınlaşma gələcəyə inamla baxmağa ümid yaratmışdı. İran-İsrail münaqişəsi zamanı rusiyalı diplomatların və onların ailə üzvlərinin, o cümlədən mədəniyyət işçilərinin çıxarılmasında yardım etdiklərinə görə Azərbaycan Rusiyanın "sağol"unu belə almışdı. Bununla belə Yekaterinburqda rus təhlükəsizlik qüvvələrinin azərbaycanlıları qətlə yetirməsi və vətəndaşlarımıza qarşı ağlasığmaz zorakılıqlara əl atmasından sonra Azərbaycan cavab tədbirləri həyata keçirməyə məcbur oldu. Bu müstəvidə də xəbərdarlığa baxmayaraq "Sputnik.az"-ın fəaliyyətini davam etdirməsi müvafiq qurumlarımızı hərəkətə gətirdi. Mövcud qanunlar çərçivəsində "Sputnik.az"-ın əməkdaşlarına qarşı əməliyyat keçirildi və nəticədə 8 nəfər həbs edildi. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən və ruslardan ibarət olan iki mütəşəkkil cinayətkar qrup üzvləri saxlanılıb. Yekaterinburqda həmyerlilərimizə qarşı zorakılıq hərəkətlərinin həyata keçirilməsinə hər vasitə ilə haq qazandırmağa çalışan Rusiya rəsmiləri və mətbuatı isə buna siyası don geyindirməyə, mətbuat azadlığından dəm vurmağa və hətta ölkəmizə qarşı təzyiq göstərməyə cəhd edirlər. Halbuki "Sputnik.az"-ın idarə edənlərin heç də jurnalist olmadığı və casusluq fəaliyyəti ilə məşğul olduğu sirr deyil. Belə ki, "Sputnik.az"-ın icraçı direktoru İqor Kartvalix və baş redaktor Yevgeni Belousovun əvvəllər mətbuatla əlaqəsinin olmadığı məlum olub. Rusiya üçün ən problemli bölgələrdə ən azı əsas rəhbər vəzifələrdən birini peşəkar hərbçilər, FSB əməkdaşları tutur. Onların öz fəaliyyətlərində FSB-nin göstərişlərini yerinə yetirdiyi isə şübhə doğurmur. Bunu faktlar da sübut edir.

Belə ki, "Sputnik.az"-ın əvvəlki direktoru Vitali Denisov çirkin fəaliyyətinə görə vaxtı ilə Azərbaycandan qovulub. Peşəkar FSB-çi olduğu şübhə doğurmayan Denisov əvvəllər "Sputnik Cənubi Osetiya"ya rəhbərlik edib. Sonra o eyni vəzifədə Moldovada çalışıb. Onu Moldovaya qarşı həyata keçirdiyi təxribatçılıq və pozuculuq siyasətinə görə 2023-cü ildə Kişinyovdan qovublar. Moldova hökuməti “ölkənin informasiya təhlükəsizliyinə təhdid” yaratdığı üçün Denisovun ölkəyə girişinə 10 il qadağa qoyub.

Sonrakı araşdırmalar göstərib ki, Vitali Denisov hava-desant qüvvələrinin polkovnikidir və İstintaq Komitəsində, Rusiya Federasiyası Prezidentinin Əmlakının İdarə Edilməsi Departamentində və Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif nəşrlərdə işləyib. Sonralar isə çox güman ki, FSB onu 2021-ci ildə isə "Sputnik" beynəlxalq xəbər agentliyinin tərkibində olduğu DİN-in “Rossiya Seqodnya” agentliyində işə göndərib. Yeri gəlmişkən onu da deyək ki, "Sputnik.az" Azərbaycana olduqca düşmən mövqedə dayanan Marqarita Simonyanın nəzarəti altında fəaliyyət göstərir. Denisov 2021-ci ildə yenidən Cənubi Osetiyaya göndərilir və burada bir müddət "Sputnik Cənubi Osetiya"-nın yerli şöbəsinə başçılıq edir. Lakin o burada çox işləyə bilmir. 2022-ci ildə Denisovu bu dəfə Bakıya "Sputnik.az"-a rəhbər göndərdilər. Amma o burada da çox qala bilməyib və təxribatçı fəaliyyətinə görə ölkəmizdən qovulub və onun yerinə İqor Kartvalix gətirilib. Kartvalix peşəkar hərbçi olmasa da əvvəllər jurnalist fəaliyyəti ilə də məşğul olmayıb. İxtisasca menecer olan Kartvalix Azərbaycandakı Rusiya səfirliyi ilə sıx əlaqədə işləyib. Bu da onun ətrafında çoxsaylı şübhələrin yaranmasına səbəb olub.

Casusluqda günahlandırılan Yevgeni Belousov da peşəkar jurnalist deyil. Onun maraq dairəsi Rusiya Federasiyasının Cənubi Qafqazda geosiyasəti, təhlükəsizliyi və iqtisadi yanaşmalar olub. Bütün hallarda onun fəaliyyəti Azərbaycanın müvafiq qurumlarının nəzarəti altında olub. "Sputnik.az" Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə açıq-aşkar şəkildə Ermənistanı dəstəkləməkdə davam edib, 44 günlük müharibə dövründə ölkəmiz əlleyhinə informasiya təxribatçılığı ilə məşğul olub. Təbii ki, bütün bunların bir sonu olmalı idi. Məlum Yekaterinburq hadisələrindən sonra polis iyunun 30-da "Sputnik Azərbaycan"-ın redaksiyasında xüsusi əməliyyat keçirərək agentliyin bir neçə əməkdaşını saxlayıb. Onlardan ikisi – "Sputnik.az"-ın icraçı direktoru İqor Kartvalix və baş redaktor Yevgeni Belousov casusluqda ittiham olunub və onların FSB agentləri olduğuna dair şübhələr var. Məhkəmə 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Təbii ki, Karvalix və Belousov elə belə həbs olunmayıb və müvafiq qurumların əlində onların nə ilə məşğul olduğuna dair kifayət qədər faktlar var...

Hələliksə son hadisələrlə bağlı Azərbaycanla Rusiya arasında soyuq küləklər əsməkdə davam edir və bunun nə ilə başa çatacağını söyləmək çətindir.

Əziz Mustafa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 03 İyul 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see14692

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see878

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see278

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see245

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see204

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see190

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see158

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see151

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see140

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see132

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see132

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see131

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see129

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see129

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see129

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see127

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see125

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see123

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri