Icma.az
close
up
RU
Casusla səfirlik əməkdaşı Bakıda bu kafedə görüşüblər Məhkəmədə gərginlik

Casusla səfirlik əməkdaşı Bakıda bu kafedə görüşüblər Məhkəmədə gərginlik

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Dövlət təhlükəsizliyi əleyhinə cinayətlərdə ittiham olunan Fransa vətəndaşı Martin Ryan və azərbaycanlı hüquqşünas Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün açıq keçirilən iclasda media və səfirlik nümayəndələri iştirak edib.

Proses başlanan kimi Martin Ryan hakimdən icazə alaraq əvvəlki iclasda Azad Məmmədlinin onun barəsində dediklərinə münasibət bildirib. Martin Azadın onu Fransa kəşfiyyatı ilə əlaqələndirməsini təkzib edib: “Mən biznes fəaliyyətimlə bağlı əməkdaş axtarırdım. Bu məqsədlə bəzi şəxslərlə tanış oldum, onlardan biri də Z.M. idi. O özü də istintaq vaxtı ifadə verib. Məsələn, işdə adı keçənlərdən biri də Ü.Ə-dir. Etiraf edirəm ki, Ü.Ə-ni Frederik Devosla mən tanış etmişəm. Sonradan öyrəndim ki, Devos Fransa kəşfiyyatına bağlı şəxsdir və kifayət qədər təhlükəlidir. Bunu biləndən sonra Ü.Ə-yə dedim ki, Frederik Devos Fransa kəşfiyyatına xidmət edir. Sonralar Ü.Ə. mənə dedi ki, Frederik Devosdan sonra gələn digər fransız kəşfiyyatçısı Loran Qrard ona əməkdaşlıq təklif edib. O isə bundan imtina edib”.

Fotoda: Azad Məmmədli

Martin Ryanın bu açıqlamalarına Azad Məmmədli sərt reaksiya verib və tərəflər arasında qarşılıqlı ittihamlar səslənib. Azad deyib ki, Martin yalnız Azərbaycan deyil, digər ölkə vətəndaşlarını da Fransa kəşfiyyat nümayəndələri ilə tanış edib: “Martin neft-qaz sektorunda fəaliyyət göstərən şəxslərlə bağlı məlumatlar toplayırdı. Əsas hədəfi isə Böyük Britaniya ilə əməkdaşlıq edən yerli mütəxəssislər idi. O, bəzi Azərbaycan vətəndaşlarını və bir xarici vətəndaşı Fransa kəşfiyyat nümayəndələri ilə tanış edib. Fransız dilinin tədrisi və şahmat dərsləri adı altında bizim vətəndaşların məlumatlarını onlardan toplayıb Fransa xüsusi xidmət orqanlarına ötürürdü”.

Prosesin davamında Martin Ryanın istintaq zamanı verdiyi ilkin ifadəsinin elanına başlanılıb. Fransalı ibtidai istintaq zamanı da özünü təqsirli bilib və məhkəmədə verdiyi açıqlamalara bənzər danışıb.

İş materiallarına Martin Ryanla Fransa səfirliyinin əməkdaşı Frederik Devosun birgə fotoları da əlavə olunub. Onlar əsasən Bakıdakı “Araz” kafesində görüşüblər.

Proses iyulun 21-də istintaq ifadələrinin elanı ilə davam edəcək.

Qeyd edək ki, hər iki şəxs 18 ay əvvəl DTX tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində saxlanılıb. Məhkəmədə məlum olub ki, DTX onların fəaliyyətini uzun müddət nəzarətdə saxlayıb.

Sail Ağasəlim


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 İyun 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri