Casusluq edən əcnəbiyə hökm oxundu
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Azərbaycanda xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən Sohrabi Akbar Ghesmat adlı əcnəbiyə hökm oxunub.
Globalinfo.az bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə o, 12 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, Sohrabi Akbar Ghesmat Azərbaycan vətəndaşlarının xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərib və strateji obyektlərlə bağlı məlumatları toplayıb dövlət təhlükəsizliyinə zidd olaraq digər ölkəyə ötürüb.
Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ona qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.
Baxış sayı:112
Bu xəbər 30 Noyabr 2024 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















