Casusluqda ittiham olunan iranlı aktrisa evində ölü tapıldı
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Casusluq ittihamı ilə saxlanılan və daha sonra girov müqabilində sərbəst buraxılan iranlı dublyaj rejissoru və səs aktrisası Nilufər Həddadi vəfat edib.
Milli.Az xəbər verir ki, İran mediasının məlumatına görə, Həddadinin meyiti ölümündən bir neçə gün sonra evində aşkarlanıb.
Bildirilib ki, ilkin məlumata əsasən, onun ürək tutması nəticəsində öldüyü ehtimal edilir. Lakin məhkəmə-tibbi toksikoloji ekspertizasının nəticələri hələ açıqlanmayıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Nilufər Həddadi aprelin sonunda təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Ona qarşı "düşmən dövlətlərlə əməkdaşlıq" ittihamı irəli sürülmüşdü.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 07 Avqust 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















