Icma.az
close
up
RU
Cavadov: “Şans və hakimlik “Kəpəz” tərəfdə idi”

Cavadov: “Şans və hakimlik “Kəpəz” tərəfdə idi”

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan Premyer Liqasının XXXIV turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Maraqlı, gərgin oyun keçdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Bu gün şans və hakimlik “Kəpəz” tərəfdə idi. İmkanlarımız var idi, amma istifadə edə bilmədik. İstəməzdim. Faktdır ki, məğlub olduq. Necə olacağını deyə bilmərəm. Onu deyə bilərəm ki, rəhbərlik nə qərar qəbul etsə, arxasında olacaq. Getməyim kiməsə və kluba faydalı olacaqsa, heç. Ancaq Premyer Liqada qalmışıq və imkan versələr, növbəti mövsüm yaxşı komanda qurarıq. Bundan sonra kiminsə Vaqif Cavadov haqda nəsə deməyə haqqı olar. Bəzi şeylər var ki, bugünkü durumda dəyişmək mümkün deyil.

– Şans olsaydı, komandada nəyi dəyişərdiz?
– Əlbəttə, bəzi futbolçuları. Heç kimi alçaltmaq istəmirəm. Müasir futbolda qaçmasan, həvəsin olmazsa, mümkün deyil ki, qələbə qazanasan. Bu gün Vaqif Cavadovun üstünə çox şey atmaq olar. Amma onu bilməlisiniz ki, bu komandanı mən qurmamışam. İstədiyim futbolçular olmayıb. Ancaq nəticə olaraq Premyer Liqada qalmışıq. Getməyim Azərbaycan futbolu və “Sumqayıt” üçün faydalıdırsa, hazıram.

– Gənclərə niyə şans vermirsiniz?
– Hansı klub 2006, 2007 təvəllüdlü oyunçunu oynadır? Biz bunu edirik. Digər komandalarda daha çox yaşı olanlar oynayır, ancaq biz onlara gənc deyirik. Bu, düz deyil. Məğlub olduq, ancaq o demək deyil ki, elitadan getdik. Bu vəziyyətin tək səbəbkarı mən deyiləm. Situasiyanın hardan qaynaqlandığına baxmalıyıq. Hər vəziyyətə hazıram. Əsas məsələ komandanın elitada qalması idi və qaldı. Mənimçün bu vəzifəni yerinə yetirmək lazım idi. Bəziləri deyir ki, Azərbaycan futbolunda legionerlərə üstünlük verilir. Yaxşı nəticə olanda hamı deyir ki, legioner gəlsin. Əcnəbi də gəlir, pulları qatlayıb gedir.

– Mətbuatın münasibətindən narazısız?
– Bəziləri yazır ki, Vaqif getsin, əcnəbi məşqçi gəlsin. Aleksey Baqa gəlmişdi də, işləyərdilər. Sizlərin vasitəsilə Baqa getdi istefaya. Nə üçün ondan sonra kimlərsə gəldi? Azərbaycanlıları sevmirsizsə, əcnəbilər gəlsin. Legioner limiti də ləğv olundu.

– Mətbuatın burda günahı yoxdur…
– Ola bilər yanlış bilirəm.

– Dediyiniz sözlər daha çox futbolçulara, ya rəhbərliyə yönəlib?
– Rəhbərliyə.

– Qalsanız, yerli oyunçuların neçə faizi qalacaq?
– Yerlilərin 70 faizinin müqaviləsi bitir. Əsas heyət oyunçularının sözləşmələri bitir. Onlar da sağ olsun, neçə aydır, oynayır. Bu faktdır ki, əsas heyətin çoxu olmayacaq.

– Azər Bağırov “Kəpəz”ə gələndə xalsız idi. Sıfırdan komanda qurdu və indi sizi məğlub etdi. Siz isə cəmi 7 xal qazanmısınız.
– Nə etməliyik? Səhvlərimiz çoxdur.

– Hamının səhvini deyirsiniz, özünüzün yox.
– Səhvimi ancaq meydançada görə bilərsiniz. Yenə deyirəm, təhlillər aparmaq üçün kateqoriyalar olmalıdır. Hər məşqçinin seçimi olmalıdır. Azər Bağırov komandanı çətin durumda götürdü və vəziyyətdən çıxardı. Sponsor məsələsinə gəlincə, onların sponsorları var və dəstək görüblər.

– Hakimlikdə nədən narazı qaldınız?
– “Neftçi” ilə oyunda eyni epizodda bizə penalti verməmişdilər. Eyni situasiyada fərqli qərarlar verilir.

– Vüqar Mustafayevin karyerasını bitirməsi gözlənilirdi. Onunla sağolaşmısınız?
– Zədəsi var idi, ancaq canla-başla çalışırdı. Heç kim ona irad bildirə bilməzdi. Bu gün də komanda üçün faydalı adlardandır. Onun da müqaviləsi bitir və son qərarı özü verəcək.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 11 May 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri