“Cavadzadə”nin direktoru və baş həkimi işdən çıxarıldı Yeni təyinatlar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev və baş həkimi Nicat Kərimov vəzifələrindən azad ediliblər.
“Qafqazinfo” TƏBİB-ə istinadən xəbər verir ki, qurumun icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə sözügedən xəstəxanaya Pərviz Hacıyev rəhbərlik edəcək.
Bundan əlavə, tibb müəssisəsinə direktor müavini – baş həkim təyinatı da baş tutub. Belə ki, xəstəxananın direktor müavini - baş həkim vəzifəsinə Elçin Mustafayev təyin olunub.
Bu gün Vüqar Qurbanov yeni direktor və baş həkimi kollektivə təqdim edib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, tibb müəssisəsinin direktoru vəzifəsini icra edəcək Pərviz Hacıyev ixtisasca uroloqdur və yeni təyinata qədər özəl tibb müəssisələrinin birində həkim-uroloq vəzifəsində çalışıb.
O, 2001-2009-cu illərdə Ankara Universitetinin Tibb fakültəsində bakalavr, 2010-2015-ci illərdə urologiya ixtisası, 2016-2019-cu illər üzrə isə uşaq urologiyası ixtisası üzrə uzmanlıq təhsili alıb.
E.Mustafayev də ixtisasca uroloqdur və yeni təyinata qədər eyni tibb müəssisəsinin Endourologiya şöbəsinin müdiri vəzifəsini icra edib.
E.Mustafayev 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində, 2002-2004-cü illərdə Moskva Urologiya Elmi-Tədqiqat Universitetində klinik ordinatura, 2004-2007-ci illərdə isə aspirantura təhsili alıb. O, 2007-ci ildə Moskva Urologiya Elmi-Tədqiqat İnstitutu, 2008-ci ildə isə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri namizədi elmi dərəcəsini alıb.


Baxış sayı:68
Bu xəbər 31 Oktyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















