Icma.az
close
up
RU
Cavanşir Quliyevdən “Avroviziya” açıqlaması: “Bir “bığlı” qız...”

Cavanşir Quliyevdən “Avroviziya” açıqlaması: “Bir “bığlı” qız...”

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanı “Avroviziya 2025” mahnı müsabiqəsində “Mamagama” qrupu “Run with U” adlı mahnı ilə təmsil edəcək. Son zamanlar müsabiqə ilə bağlı müxtəlif fikirlər səsləndirilir ki, onlardan biri də azərbaycanlıların ildən-ilə daha zəif musiqilərlə yarışa qatılması iddiasıdır.

Deyilənə görə, musiqi seçimi zəif olduğu üçün 15 ilə yaxındır Azərbaycan bu yarışda qalib gələ bilmir.

Globalinfo.az-a danışan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin fikrincə, “Avroviziya”nı Azərbaycan təbliğatı üçün bir meydança hesab etməliyik.

Onun sözlərinə görə, Avropa üslubunda oxumağa çalışmaqla, tərs yoldan getmiş oluruq:

“O yarışda yer tutub-tutmamaq önəmli deyil. Çünki hər il orada kimsə mütləq yer tutur, amma sonradan onların taleyi necə olur, kimsə bilmir. Biz hansı səbəbdən Hindistan kinolarını sevirik? Əlbəttə ki, musiqilərinə görə. Hindistan musiqisi gözümüzün önünə gələn zaman da filmləri yadımıza düşür. Baxın, onlar musiqilərini bütün dünyaya filmləri hesabına yaymış oldular. Mən də təklif edirəm ki, həmin yolla gedək, Azərbaycan musiqisini o meydançada təbliğ edək. Azı 600 milyon insan bu müsabiqəni izləyir. Biz də hər il milli musiqilərimizi təbliğ etdikdən sonra artıq mahnılarımız insanların yaddaşlarında qalacaq. Bundan başqa “Avroviziya” mahnı müsabiəqsinin ölkəmiz üçün heç bir faydasını görmürəm”.

C.Quliyev 2011-ci ildə Azərbaycanlı müğənnilərin qalib gəlməsi məsələsinə toxunub:

“Baxın, o yarışda qalib gələn İsveçrə, İtaliya və digər bir neçə ölkələrin mahnıları hələ də xatırlanır, ifaçılar da populyar oldular. Amma bizim müğənnilər yarışma bitənə kimi tanındılar, ondan sonra yada düşmədilər. Bu baxımdan da orada yer tutmaq önəmli deyil, əsas meyardır. Son illər o yarışmanın nəyə çevirildiyini hər kəs yaxşı bilir. Bütün qeyri-standart insanların toplantısıdır ora. İfaçıların da əksəriyyəti orada cinsi azlığı nümayiş etdirirlər. Baxırsan ki, bir dənə bığlı “qız” qalib gəlir. Hesab edirəm ki, məqsədimiz qalib gəlmək olmamalıdır. Milli musiqi dedikdə demirəm ki, xalq mahnılarımız ifa olunsun. Əlbəttə, müasir mahnı olmalıdır. Lakin mahnıda müasir ritmlərlə milli musiqi olmalıdır”.

Bu il seçdiyimiz mahnı Azərbaycana aid olmasa da, pis deyil. Maraqlıdır ki, klipin sonunda saz götürürlər, amma sazın səsi gəlmir. Bu, yanlışdır. Yüngül də olsa sazın səsi eşidilməlidir ki, Azərbaycan musiqisi olduğu bilinsin. Mahiyyət milli olmalıdır!”

Bəstəkar bu vaxta kimi “Avroviziya”ya qatılan azərbaycanlıların mahnısını bəyənmədiyini deyib:

“Açığı, heç birini bəyənməmişəm. Mahnı olaraq yaxşı ola bilər, amma dediyim prinsiplərə uyğun deyil. 3-4 il öncə bir qız (Samirə Əfəndi – red.)“Mata Hari” mahnısını yaxşı ifa etdi. Amma Qarabağı azad etdiyimiz üçün məsələni siyasiləşdirdilər deyə, onu qalib seçmədilər. Bir də deyirəm, biz o yarışa milli musiqimizin təbliğat səhnəsi kimi baxmalıyıq. Pulsuz 600 milyon tamaşaçı verirlər bizə. İnanın, 5-6 il milli musiqimizi təbliğ etsək, növbəti illərdə musiqimizi Avropada tanıyacaqlar. Azərbaycan dedikdə isə mütləq ağıllarına musiqimiz gələcək”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Fevral 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see249

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see227

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see139

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri