Cavid Ağaməliyev həbs edildi
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki “Naxçıvan Aqroservis” ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb.
"Cebheinfo.az"ın məlumatına görə, prokuror cinayətin ağırlığını və araşdırmanın indi başladığını nəzərə alaraq təqsirləndirilən şəxsin həbsini tələb edib.
Məhkəmə təqdimatı əsaslı sayaraq təmin edib. İstintaqdan yayınma, yer dəyişdirmə ehtimalları nəzərə alınaraq C.Ağaməliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Ağaməliyev məhkəmədən birbaşa istintaq təcridxanasına aparılıb.
Qeyd edək ki, Cavid Ağaməliyev Naxçıvan prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmə maddəsi ilə ilkin ittiham irəli sürülüb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:63
Bu xəbər 22 Oktyabr 2026 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















