Icma.az
close
up
RU
Cavid Hüseynov: “Ələ düşən şanslardan maksimum yararlanmaq lazımdır”

Cavid Hüseynov: “Ələ düşən şanslardan maksimum yararlanmaq lazımdır”

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Şkendiya” çox xarakterli rəqibdir. Ötən qarşılaşmada da pis təsir bağışlamadılar, son saniyəyə qədər mübarizə apardılar. Lakin “Qarabağ”ın təcrübəsi bu baxımdan ön plana çıxırdı. Hazırda da psixoloji üstünlük Ağdam təmsilçisindədir. İnanıram ki, Bakıda da ssenari dəyişməyəcək və yenə hücum edən tərəf olacaqlar”.

İdman.biz xəbər verir ki, bu sözləri Futbolinfo.az-a açıqlamasında Cavid Hüseynov deyib.

Gənc mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı danışarkən “Qarabağ”ın səfərdə 1:0 hesablı qələbəsini çox sərfəli nəticə adlandırıb: “İnanmıram ki, taktiki baxımdan hansısa dəyişiklik edilsin. Hər zaman gördüyümüz oyun planı ilə meydana çıxacaqlar. Ola bilər ki, ilk oyundan sonra rəqibi daha yaxşı analiz edib, müəyyən detallara toxunsunlar. Səfərdə hücum xəttimiz pis təsir bağışlamadı, bir neçə dəfə qol imkanı yarandı. Düzdür, Nərimanın qaçırdığı epizodlar oldu, amma hazırda pis vəziyyətdə deyil”.

O, “Sabah”ın Konfrans Liqasında “Levski” ilə matçına da toxunub: “Səfərdə güclü rəqibə qarşı çox yaxşı mübarizə apardılar. Oyun boyunca çəkinmədiklərini göstərdilər. Taktiki baxımdan dəyişiklik edilərək beşli müdafiə xəttinə keçilmişdi. Bu qərar yəqin ki, rəqibi analiz etdikdən sonra verilib. Son saniyələrdə qol buraxmaq çox üzücü oldu. İstərdik ki, qol buraxmadan Bakıda daha rahat oynasınlar. Amma problem yoxdur. Sadəcə, ələ düşən qol şanslarından maksimum yararlanmaq lazımdır. Taktikanı isə baş məşqçi ən yaxşı bilir. Ümid edək ki, çətin rəqib üzərində qələbə qazana bilərlər”.

Hüseynov “Araz-Naxçıvan”ın çıxışını da dəyərləndirib: “Bu mövsüm heyətə çox yaxşı futbolçular cəlb olunub. Hər üç oyunda da bunun şahidi olduq. “Aris” kimi komandanı Konfrans Liqasından uzaqlaşdırdılar. Amma təəssüf ki, “Omoniya”ya qarşı eyni nəticəni əldə edə bilmədik. Rəqib çox strukturlu komandadır və taktiki planda güclüdür. Müdafiədə də, hücumda da üstünlükləri var. Evdə 0:4 hesablı məğlubiyyətdən sonra səfərdə işimiz çox çətin olacaq. Lakin bütün bunlara baxmayaraq, hər üç komandamıza uğurlar arzulayıram”.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Avqust 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri