Cavid Hüseynov: Qarabağ böyük klublara qarşı daha rahat oynamağa başlayıb
Icma.az, Apasport saytına istinadən bildirir.
“Qarabağ”ın Çempionlar Liqasındakı “Benfika” və “Kopenhagen” klubları üzərində qazandığı qələbələrdən sonra bu oyunda da yaxşı nəticə əldə edəcəyinə inanırıq".
Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Cavid Hüseynov deyib.
O, "Atletik"in "Benfika" və "Kopenhagen"dən daha güclü olduğunu bildirib: "Çox maraqlı bir matç bizi gözləyir. Mən “Atletik”i digər iki rəqibdən daha üstün hesab edirəm. Amma istənilən halda təmsilçimiz böyük klublara qarşı daha rahat oynamağa başlayıb. Düşünürəm ki, komanda uğurlu nəticə ilə Vətənə qayıdacaq. Hər komandanın özünəməxsus oyun planı var. Bəzən müəyyən rəqiblər üçün dəyişikliklər edilə bilər. Amma ümumilikdə “Qarabağ” hər zaman gördüyümüz və öyrəşdiyimiz oyun sistemindən heç vaxt əl çəkməyib. Bu da öz növbəsində Qurban Qurbanovun və “Qarabağ”ın bir uğurudur. Hər bir komandanın zəif və güclü tərəfləri olur. Amma ümumilikdə, əgər indiyədək eyni oyun sistemi ilə qələbələr qazanılıbsa, deməli, Ağdam klubu doğru yolda irəliləyir".
Qeyd edək ki, bu gün "San Mames" stadionunda keçiriləcək "Atletik" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Millimizin baş məşqçisi: “Qazaxıstanla oyunları yüksək səviyyədə keçirməyə çalışacağıq” II Liqa klubu tarixə düşdü - "Şəfa"ya şərik çıxdı Qurban Qurbanovu kövrəldən video: İspaniyada “Qarabağ”a sürpriz “Sabah” Fransa klubu ilə üz-üzə - YENİLƏNİR “Qarabağ” azarkeşlərinə müraciət edib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 22 Oktyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















