Çay yükünün içərisində 105 kiloqramdan artıq narkotik vasitə aşkar edildi FOTO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən aparılmış kompleks əməliyyat axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına çay yükü aparan vaqon "Cənub Astara" gömrük postunun "Astara Dəmir Yolu" gömrük keçid məntəqəsində saxlanılıb və əsaslı yoxlamaya cəlb olunub.
Yoxlama zamanı vaqonda olan çay yükünün içərisində gömrük nəzarətindən gizlədilən 20 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 105 kq 800 q narkotik vasitə - marixuana aşkar edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 07 Oktyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















