Çayını və yeməyini isti yeyib içənlərin DİQQƏTİNƏ
Icma.az, Bizim media saytına istinadən bildirir.
İsti şorba və içkilərin müntəzəm qəbul edilməsi qida borusu və mədə xərçəngi riskini artırır. Acılı və duzlu qidalar da eyni təsirə malik ola bilər.
Bizim.Media xəbər verir ki, bu xəbərdarlığı onkoloq Maqomed Sulimanov "Zdorovyu Mail" qəzetinə verdiyi açıqlamada edib.
Onun sözlərinə görə, belə bir qidalanma selikli qişanın xroniki travmasına səbəb olur ki, bu da sonradan iltihab və bədxassəli şiş riskini artırır.
"Travmadan sonra selikli qişa toxuması bərpa olunmağa çalışır. Bu, yeni toxumaların aktiv böyüməsini, yəni intensiv hüceyrə bölünməsini əhatə edir. Hüceyrələr müəyyən bir anda qeyri-adi şəkildə bölünməyə başlayacaq və bu da şişin inkişafına səbəb olacaq”, - deyə Sulimanov izah edib.
Həkim xəbərdarlıq edib ki, qida borusu və mədə xərçəngi ən ciddi onkoloji xəstəliklərdən biridir. Profilaktik tədbir olaraq o, şorbaların və ya içkilərin soyumasını gözləməyi və yeməklərdə daha az duz və istiot istifadə etməyi tövsiyə edib.
Bizim.Media
Baxış sayı:185
Bu xəbər 21 Aprel 2026 07:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















