Icma.az
close
up
RU
ÇAYLARA, GÖLLƏRƏ MƏİŞƏT TULLANTILARI ATILIR

ÇAYLARA, GÖLLƏRƏ MƏİŞƏT TULLANTILARI ATILIR

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çox qəribədir ki, biz Allahın insanlara bəxş etdiyi bu gözəl təbiəti sevə və  qoruya bilmirik. Biz Allaha şükür etməliyik ki, təmiz havamız, suyumuz, torpağımız mövcuddur. Bayaq dediyimiz kimi, bütün bunların hamısını Ulu Tanrı bizə bəxş edib. Əlbəttə, bu gözəl varlıqların, bu gözəl təbiətin, yaşıllıqların, ağacların, çayların, göllərin, dənizlərin, okeanların qədirini bilməsək heç şübhəsiz ki, biz  insanlara gec-tez təbiət öz cəzasını verə bilər. 

Məgər  belə hallar az olub? Allahın qəzəbi tutub nəinki günlərlə, hətta aylarla, illərlə Yer üzünə  yağış yağdırmayıb. Bir dəfə uzun müddət Ərəbistanda yağış yağmır və quraqlıq olur. Təbii ki, bu quraqlıq zamanı da nə ağaclar inkişaf edir, nə də taxıl bitir. Ona görə də insanlar  bütün günü Allaha dua edirlər ki, yağış yağsın. Yağış da yağmır ki, yağmır. Axırda çoxlu sayda insan toplaşıb Məhəmməd peyğəmbərin  hüzuruna gedirlər. Deyirlər ki, ya peyğəmbər, biz Allaha dua edirik ki, yağış yağsın, taxılımız qurumasın. Ancaq Allah da dualarımızı qəbul etmir. Sizin yanınıza gəlmişik ki, bizə kömək edəsiniz. Peyğəmbər də onları dinləyir və deyir ki, yəqin günahlarımız böyük olduğuna görə Allah bizi cəzalandırır. Peyğəmbər həmin insanlar gedəndən sonra özü Allaha dua edir və yağış yağmasını Ulu Yaradandan istəyir. Heç yarım saat keçmir ki, bir leysan yağış yağır gəl görəsən. Bütün yaşıllıqlara, güllərə, çiçəklərə, zəmilərə can verir. Və həmin il bol məhsul olur, insanlar aclıqdan çıxır. 

İndi deyəsən, təbiət də bizi az yox, çox yağış yağmaqla cəzalandırır. Gərək insanlar bu  anı, bu dəqiqəni heç vaxt yaddan çıxarmasınlar. Fikirləşsinlər ki, ayə, bizim günahımız nə  imiş ki, Tanrı bu qədər yağış yağdırır. Düzdür, bu yağış təbiətə  can verir, amma həddindən artıq yağması isə insanlara problem yaradır, həyətləri su basır, maşınlar suyun altında qalır və adamlar çöllərə düşüb kömək istəyir. Nə isə, sözümüzün canı ondan ibarətdir ki, bu gün təbiəti qorumaq hər birimizin bir insanlıq borcudur. Çox təəssüf ki, biz bu borcu bəzən əksəriyyətimiz yaddan çıxarır. Çox yox, elə bu yazımızda biz bir neçə çayın və gölün çirkləndirilməsindən söhbət açmaq istəyirik. 

Füzuli rayonunun ərazisindən min illik tarixi olan bir çay axır – Quruçay.  Və bu Quruçay özü bir tarixi mədəniyyət, bizim keçmişimiz, başqa sözlə demiş olsaq, həyatımızdır. Çox vaxt bu çayda  su az olur. Elə bundan da istifadə edən  insanlar əllərinə düşən məişət tullantılarını çayın içinə atırlar. Su da çoxalanda çayda zibil əlindən tərpənmək olmur. Bir tərəfdən su çirklənir, digər tərəfdən isə çay zibildən sanki boğulur. Xüsusən də rayonun Böyük Bəhmənli kəndində belə məişət tullantıları Quruçaya daha çox atılır. Bu barədə kənd sakinləri hətta lazımi qurumlara müraciət  ediblər. Onlar da gəlib baxıblar və deyiblər ki, tədbir görərik. Tədbir də deyəndə təbii ki, aidiyyatı qurumlar kimisə cərimə etmək barəsində düşünür. Amma cərimədən də öncə insanlar arasında maarifləndirmə işlərinin aparılmasıdır. Ən azından kəndin bələdiyyəsi və eləcə də rayon üzrə icra hakimiyyətinin nümayəndəsi insanlarla bu söhbətləri apara bilərlər. Deyilənlərə görə, onlar bu söhbətləri az da olsa ediblər, amma  nəticə yoxdur. Görünür, burda hardasa maarifləndirmə işlərində də bir zəif halqa mövcuddur.

Əgər böyük bir kəndin sakinləri ilə çox ciddi, özü də qanunun  dili ilə və səmimi söhbət edilsə, biz inanırıq ki, insanlar həmin yerlərə məişət tullantıları atmaz.Ümumiyyətlə, bələdiyyələr və icra nümayəndələri məişət tullantılarının kəndlərdə zibil qutularına  atılması üçün lazımi şərait yaratmalıdır. Bu şərait olsa heç şübhəsiz, ayrı-ayrı adamlar əllərinə düşən məişət  tullantılarını ya çaya, ya da digər yerlərə və o cümlədən yaşıllıqların arasına atmaz.  Birincisi, məişət tullantılarının həmin yerlərə atılması yaşıllıqların və  çayların çirklənməsi deməkdir. İkincisi də orda üfunət qoxusu yaranır. Bütün bunlar isə nəticədə ekologiyamıza, havamıza və çayımıza böyük zərbələr vurur. Təkcə Quruçay çirkləndirilməklə problem yaranmır, burda  çay yatağında çox zəngin təbii sərvətlər, qum, çınqıl var və həmin qum, çınqılı da müəyyən iş adamları  çayın ortasında istehsalat sahəsi yaradıb orda böyük işlər görürlər. Yəni qum, çınqıl çayın içindən təmizlənib tikinti materialı kimi satışa çıraxırılır. Bu isə çayın süxurlarının, qum, çınqıl qatının məhv olunması  deməkdir. Kimlərsə pul qazanacaq deyə Quruçay kimi keçmişi və tarixi olan bir çayı məhv edə bilməz. 

Çaylar, göllər  biz insanlar üçün Allahın verdiyi ən gözəl sərvətdir.  Təbii ki, heç də hər şey bizim düşündüyümüz kimi deyil. Yəni  bizim də düşündüyümüz ondan ibarətdir ki, Allahın verdiyi bu sərvəti niyə belə məhv edirik. Ağacları qırırıq, gülləri, çiçəkləri məhv edirik, çayları, gölləri, dənizləri çirkləndiririk. Ora təmizlənməmiş çirkli sular axıdırıq. Amma düşünmürük ki, biz onlara zərbə vurmaqla öz sağlamlığımıza, gələcək  həyatımıza, içməli suyumuza zərər toxundururuq. 

Quruçaydan axan sular gedib Araza qovuşur. Araz isə Kürlə birləşir. Yəni demək istəyirik ki, hər kənddə, hər yaşayış məntəqəsində suları çirkləndirsək, bəs biz o sulardan necə istifadə edə biləcəyik? Düzdür,  kənd təsərrüfatı üçün  o suların təmizlənməsinə bir o qədər də ehtiyac yoxdur. Ancaq heç kimə sirr deyil ki, Kürün və Arazın suyundan Bakıda və digər yaşayış məntəqələrimizdə içməli su kimi istifadə olunur. Onun tərkibində nə qədər çirkab sular, ağır metallar çox olsa onun təmizlənməsi də bir o qədər müşkül bir məsələyə çevrilə bilər.

Gəlin onunla razılaşaq ki, biz istəsək də, istəməsək də bu gün dünyada çox böyük qlobal bir problem mövcuddur – içməli su problemi. Mütəxəssislər hesablayıblar ki, 2050-ci ildə Yer kürəsində içməli su üstündə böyük müharibələr olacaq və ölkəmiz də içməli su sarıdan problem yaşayır. Belə bir problemi olan ölkəmizə  biz hər birimiz kömək etməli, çayları, gölləri, içməli su hövzələrini çirkləndirməməli və öz gələcək həyatımız barəsində ciddi düşünməliyik. Ciddi düşünməliyik ki, bizim hər birimiz mövcud qanunlara əməl edək, çaylarımız və göllərimizi çirkləndirməyək!

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 Aprel 2026 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri