Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 20 may, AZƏRTAC
Avtomat hidroloji stansiyaların mayın 20-si saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qusarçayda 11, Qudiyalçayda 5, Vəlvələçayda 2, Kiçik Qafqaz ərazisindən axan Qabırrı çayda 5, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Oxçuçayda isə 12 santimetr artım qeydə alınıb.
Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, su sərfi saniyədə 401 kubmetr olmaqla normanın 198 faizini təşkil edir.
Baxış sayı:47
Bu xəbər 20 May 2025 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















