Icma.az
close
up
RU
Çayxanalardan yığılan futbolçular

Çayxanalardan yığılan futbolçular

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İllər öncə, yəni Sovet vaxtı Allahverdi Bağırov «Qarabağ»ın məşqçisi işləyəndə Bakıdan bir teleqram  gəlir ki, respublika "Məhsul" idman cəmiyyəti rayonlararası yarış keçirir. Və məktubda qeyd edilir ki, bu oyunlar avqustun 5-i Bakıda indiki "Şəfa" stadionunda keçiriləcək, o vaxtkı adı yadımdan çıxıb.  Və əgər yarışa komanda çıxartmasanız klubunuz cəzalanacaq. 

Allahverdi  qalır belə. Yay, bütün futbolçular ya Şuşada, ya Kəlbəcərdə, ya da Rusiyanın  hansısa şəhərlərində həm gəzməyə, həm də alverə gediblər. Və həm də istəmir ki, komanda cəzalansın. 

Gəlir Fazil müəllimin  kinoteatrının arxasındakı çayxanaya. Baxır çoxlu cavan uşaqlar var, deyir:

- Kim futbol oynaya bilirsə əl qaldırsın. 

15-16 nəfər  qalxır ayağa. 

Allahverdi Bağırov:

- Axşam yığışın İmarətə, iki gündən sonra gedəcəyik Bakıya futbol oynamağa.  Bir həftə yeyib-içməyiniz də mənlik, qalmağınız da mənlik, uduzsaq da vecinizə almayın. 

Ayın 5-də eşitdik ki, Ağdam gəlib  futbola, dostlar yığışıb getdik. 

Onda Elbrus Abbasov "Neftçi"nin əsas hücumçusu, Saşa (Hüseyn Əhmədov) "Neftçi"nin əvəzedici heyətinin qapıçısı idi.

Getdik gördük ki, onlar da stadiondadı, hələ Adil Nadirov da eşidib gəlib. 

Həə, oyun başladı. Saşa durub qapının arxasında   qapıçıya harda dayanmağı, divarı necə qurmağı, küncdən gələn topa necə  çıxmağı, hansı müdafiəçini hansı hücumçunun üstünə qoymağı tez-tez tapşırır, hətta gələn toplara   qapının arxasından özü reaksiya verib  sıçrayırdı.

Elbrus Abbasov hücumçulara  çığırır:

- Topu filankəsə at, qapıya ötürmə elə, sol tərəf boşdu…  

Və sair və ilaxır.

Adil Nadirov həmişə «Qarabağ»ın dispetçeri olmuşdu, o  da  yenə kənardan bağıraraq dispetçerlik edirdi. Maraqlı və gülməli bir oyun idi. Kənardan  peşəkar futbolçuların  verdikləri göstərişləri çayxanadan yığılıb gələnlər həvəslə yerinə yetirirdilər. Və həmin oyunda ağdamlılar qalib gəldi. 

İndi həm yüksək liqada, həm də birinci liqada bəlkə  150-dən çox əcnəbi futbolçular var. Bir-iki klubu  çıxmaq şərtilə,   qalan komandaların əcnəbi futbolçularını elə bil Braziliyanın, Afrikanın və ya hansısa ölkənin çayxanalarından yığıb gətiriblər. Elə Allahverdi Bağırovun o vaxt Ağdamdakı çayxanadan yığıb gətirdiyi futbolçular kimi bir şeydi. Nə oyun qura bilirlər, nə də bir oyun göstərə bilirlər. Çoxu da mövsümün yarısından klubdan kənarlaşdırılır, təzminatını da ödəyib yola salırlar.  Sadəcə  olaraq, arada  böyük  pul oynayır, futbol  yox ey, pul. 

Bir ara  "Neftçi"də rus futbol  məktəbinin yetişdirməsi İqor Netto adlı bir italiyalı oynayırdı. Adı elə gurultulu  səslənirdi ki, meydançaya  çıxanda camaat onu ayaq üstə alqışlayırdı. Oyununu  yox ey, adını. Əzəmətli İqor Netto – əzəmətli səslənir axı. İndi əcnəbi futbolçuların da adı çəkiləndə alqışlayırıq, yəni adları  futbolçu adıdı, özləri çayxana uşağı. 

Aqil Abbas

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://qol.az
archiveBu xəbər 11 Mart 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri